Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri İtaliyanın təkər emalı şirkəti Balaxanı Sənaye Parkında fəaliyyətə başlamağa hazırlaşır

İtaliyanın təkər emalı şirkəti Balaxanı Sənaye Parkında fəaliyyətə başlamağa hazırlaşır

320
Paylaş
Balaxanı Sənaye Parkı
Balaxanı Sənaye Parkı

İtaliyanın təkər emalı və alternativ enerji istehsalı ilə məşğul olan “BriOil” şirkəti Balaxanı Sənaye Parkında fəaliyyətə başlamağa hazırlaşır. 

Bunu  “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə şirkət layihələndirmə işləri aparıb: “İtaliya şirkətinə məxsus müəssisənin tikintisi 3-4 aya başa çatdırılacaq və obyekt işə düşəcək. Onun illik gücü 7 min ton olacaq. Azərbaycanda avtomobil şinlərinin emalı problem idi, ona görə də bu şirkəti ölkəyə cəlb etmişik. İstehsal edilən məhsullar Azərbaycandan ixrac olunacaq”.

Xatırladaq ki, Balaxanı Sənaye Parkının təməlini 9 dekabr 2012-ci ildə ölkə prezidenti qoyub. Parkada 17 rezidenti var. Onların 19 fəaliyyət sahəsi qeydiyyatdan keçib