Bu günə kimi ölkədə 460 hektar ərazidə taxıl əkini aparılıb

Date:

Paylaş:

Bu günə qədər Azərbaycanda 460 057 hektar ərazidə taxıl biçini aparılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bunun 279 486 hektarı arpa, 180 571 hektarı isə buğda sahəsidir.

Ümumilikdə, bu il ölkədə 1 009 140 hektar ərazidə taxıl əkini aparılıb. Bunun 331 347 hektarı arpa, 677 793 hektarı isə buğda sahəsidir.

Ümumilikdə, bu günə qədər 1432 433 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,1 sentner təşkil edir.

Bərdə, Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Göyçay və Balakən rayonlarında arpa biçini başa çatıb. Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, Ucar, Füzuli rayonlarında arpa biçini başa çatmaq üzrədir. Biləsuvar ərazisində arpa əkilmiş 14 900 hektar sahənin 14 870 hektarı artıq biçilib.Rayonda arpa üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8 505 hektar sahənin 8 468 hektarı artıq biçilib.Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon Arpa sahəsi, ha Biçilmiş sahə, ha Məhsuldarlıq, s/ha
Şəki 21 626 18 790 34,3
Sabirabad 9 600 9 600 37,5
Zərdab 5 730 5 730 30,6
Yevlax 5 083 5 083 29,0
Cəlilabad 4 509 4 460 35,2
Bərdə 2 568 2 568 38,2
Beyləqan 1 765 1 760 29,2
Ağsu 16 036 14 720 31,0
Goranboy 12 648 10 693 29,0
Qax 2 881 2 843 26,0
Masallı 2 786 2 738 21,0
Ağcabədi 5 637 5 609 33,3
Füzuli 8 505 8 468 29,1
Ağdam 2 215 2 155 35,4
Tərtər 3 815 3 686 33,8
İmişli 6 322 6 317 34,2
Göyçay 6 851 6 851 29,6
Salyan 9 917 9 390 36,2
Ağdaş 11 630 9 693 23,5
Saatlı 5 822 5 821 36,2
Siyəzən 2 516 2 267 29,1
Balakən 458 458 28,6
Cəbrayıl 550 548 30,5
Lənkəran 68 68 12,1
Ucar 7 716 7 661 26,7
Neftçala 31 404 31 204 27,5
Biləsuvar 14 900 14 870 31,0
Hacıqabul 11 008 9 967 27,0

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...