İtaliyadakı “Apple” mağazası koronavirusla mübarizədə hökumətə dəstək olub

Date:

Paylaş:

“Apple” şirkəti Avropada koronavirusun ən sürətlə yayıldığı İtaliyada pərakəndə satış mağazalarından birinin fəaliyyətini müvəqqəti dayandıracaq. İtaliya hökumətinin “COVID-19” epidemiyasının yayılmasına qarşı mübarizə tədbirləri ilə əlaqədar olaraq şirkət  dövlətə kömək etmək qərarına gəlib.

Berqamo əyalətində yerləşən “Apple Oriocenter” mağazası İtaliya hökumətinin fərmanına uyğun olaraq martın 7-8-də bağlı olacaq. Bu barədə məlumat “Apple” şirkətinin rəsmi regional saytında yerləşdirilib.

Ötən həftə Nazirlər Şurasının rəhbəri tərəfindən verilən fərmana görə, bu istirahət günlərində bütün böyük və orta mağazalar, o cümlədən ticarət mərkəzlərindəki kiçik ticarət nöqtələri bağlanacaq. Fərman,  Berqamo, Kremona, Lodi və Pyaçensa əyalətlərinə də şamil edilib.

Analoji fərmanla əlaqədar fevralın 29-da və martın 1-də “Apple il Leone”, “Apple Fiordaliso” və “Apple Carosello” mağazalarının işi dayandırılıb.

İtaliya Mülki Müdafiə Agentliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə koronavirusdan ölənlərin sayı 27 nəfər təşkil edib, onların ümumi sayı isə 79-a çatıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...