Françayzinqin üstünlükləri

Date:

Paylaş:

Martın 4-də Bakıda Azərbaycan Beynəlxalq Françayzinq Forumu – “Caspian Franchise” öz işinə başlayıb.

Franşiza sahiblərinin, investorların, sahibkarların və françayzinq üsulu ilə biznesə başlamaq istəyənlərin iştirakı ilə keçirilən tədbirdə “Françayzinq haqqında ümumi biliklər“, “Uğurlu franşizanı necə qurmaq olar?”, “Franşizanı necə dəyərləndirməli?”, “Françayzinqin hüquqi aspektləri”, “Françayzinqlə öz biznesinin fərqi nədir: françayzinq və şəxsi biznes” mövzularında müzakirələr aparılıb.

Azərbaycan Françayzinq Mərkəzinin təsisçisi Elnur İslamov bildirib ki, françayzinq – əslində biznesdə risklərin azaldılması üçün yaxşı üsuldur: «Françayzinq verən şirkət üçün əsas üstünlüklər investisiyanın artırılmasıdır (yəni bu yatırımı başqa – françayzinqi olan şirkət edir),biznes şəbəkəsi əlavə xərc çəkmədən genişlənir, xərclərin azaldılır».

Françayzinqi alan tərəf də böyük üstünlüklər əldə edir. Elnur İslamov bildirir ki, françayzinqə alınan biznes artıq sınaqdan keçmiş və özünü doğrultmuş olur. Digər tərəfdən bu qiymətli təcrübədir, eləcə də, reklam xərclərinin azaldılması deməkdir». Məhz buna görə, dünyada françayzinq bazarı sürətlə artır və hazırda 5 trilyon dollar ətrafındadır.

Bununla yanaşı, Françayzinq əməliyyatlarında mənfi məqamlar da ortaya çıxır. Bəzi hallarda brend və ya təsisçilərin niyyəti yaxşı olmur və bu da problemlərə gətirir: «Ola bilər ki, niyyəti yaxşı olmayan bir françayzinq var və deyər ki, mən 1 il bu sistemi alım, yəni öyrənim. Xüsusən MDB məkanından çox müraciət olunan bir sistemdir ki, niyyəti pisdir. Yəni 1 il nəyisə öyrənir sonra özü gedib qurur».

Onun sözlərinə görə, başçılıq etdiyi Françayzinq Mərkəzi belə xidmətlər göstərərkən, hüquqi, maliyyə və digər paketlərdə françayzerləri sığortalayır ki, o, bu risklərdən minimum azad olsun.

Elnur İslamov onu da vurğulayıb ki, Azərbaycan Françayzinq Mərkəzinin məqsədi milli brendlərin formalaşmasına yönəlib:

«Biz çox da meylli deyilik ki, milli brendlər xaricdən gəlsin. Çalışırıq ki, öz milli brendlərimizi yetişdirək. Amma bu prosesi dayandırmaq imkanımız da yoxdur. Müəyyən mənada gəlib o standartı tutmaq və rəqabət abu-havası yaratmaq üçün də bu maraqlıdır».

Qeyd edək ki, biznesini françayzinqlə yayan təşkilatlar adətən yeni biznesdən faiz alırlar. Amma E.İslamov deyib ki, bəzi brendlər geniş yayılmaq xatirinə françayzinqi pulsuz təqdim edənlər də var: «Bəzi brendləri ödənişlə də gətirmək olar. Balaca köşklərdən tutmuş, helikopterin enmə zolağına kimi françayzilər var. Burada məbləğlər milyondan sıfıra kimi dəyişir».

Dünyada ilk françayzer modeli “Zinger” tikiş maşınına aiddir: «ABŞ-da bu bazar 150 ildən çoxdur ki, formalaşıb. ABŞ şirkətləri daha çox ticarət mərkəzlərində «fast-food» məhsullarının satışına yönəlib. Yaponiyada françayzinq daha çox uşaq təhsil sisteminə yönəlib. Çox sevindirici haldır ki, Azərbaycan brendləri arasında uşaq təhsil sisteminə yönələn françayzinqlər var».

Mərkəz rəhbəri hesab edir ki, uğurlu françayzinq tərəfdaşlığı üçün meyyarlar işçi heyyətinin bilik-bacarığı və motivasiyadır: «Ümumiyyətlə, françayzinqin iqtisadiyyata, milli brendlərin formalaşmasına və yeni iş yerlərinə qazandıracağı üstünlükləri çoxdur».

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...