Isveçrə şirkətinin Azərbaycandakı törəməsi ləğv olunub.
“Belimo Azerbaijan” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1021 Bakı şəhəri, Səbayıl rayonu, Gənclər küçəsi, ev 3, mənzil 47 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Belimo” şirkəti 1975-ci ildə təsis edilib. Bu şirkət istilik, havalandırma və kondisioner sistemlərinə nəzarət üçün aktivatorların inkişafı, istehsalında qlobal bazar lideridir. Aktivatorlar, idarəetmə klapanları və sensorlar şirkətin əsas işini təşkil edir.