Əsas səhifə Məqalələr Maraqlı Harley-Davidson 650 dollara elektrobayk buraxıb

Harley-Davidson 650 dollara elektrobayk buraxıb

69
Paylaş

İki  IRONe 12 və IRONe 16 elektrik mini-motosikletləri uşaqlar üçün nəzərdə tutulub.

Elektrobayklar 17km/s-ə kimi sürət yığa bilir. Öz aralarında  təkərlərinin ölçüsünə görə fərqlənirlər – 12 və 16 dyüm. Bu barədə Harley-Davidson mətbuat xidməti məlumat verir.

Hər bir elektronəqliyyat üç hərəkət rejiminə malikdir: məşq, standart və sürətli. Məşq rejiminin maksimum sürəti 8 km/s, standart rejimin 11-12 km/s, sürətli rejimin isə 14-17 km/s-dir.

IRONe 12, 3-5 yaşlı, IRONe 16 isə 5-7 yaşlı uşaqlar üçün hazırlanıb. Birinci elektrobayk təxminən 7 kq, ikincisi 8,6 kq ölçüyə malikdir. Yerdən oturacağına kimi olan məsafələri müvafiq olaraq 33 sm və 43,1 sm-dir.

Motosikletlərin batareyası 30-60 dəq ərzində enerji yığır. IRONe 12-nin qiyməti 649 dollar, digərininki isə 699 dollardır.