Əsas səhifə Biznes sahələri Texnologiya İstifadəçilər üçün ön kamera mühüm əhəmiyyət kəsb etmir

İstifadəçilər üçün ön kamera mühüm əhəmiyyət kəsb etmir

142
Paylaş

“GSMArena” resursu tərəfindən oxucular arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, smartfon istifadəçiləri üçün əsas kamera ön kameradan daha vacibdir. Rəyi soruşulanların 92%-i əsas kameraya önəm verir.

Lakin resursun məlumatına görə, insanlar ön kameradan tamamilə imtina etməyə hazır deyillər. Əksər istifadəçilər ön kameradan videozənglər, bəzi istifadəçilər isə smartfonun sifət vasitəsilə blokdan çıxarılması üçün istifadə edirlər. Bəzi istifadəçilər isə ön kameradan təyinatı üzrə (selfi) istifadə edirlər.

Sorğunun tərtibçiləri belə qənaətə gəliblər ki, smartfon istehsalçıları videonun çəkiliş keyfiyyətini yüksəltməyə önəm verməlidirlər, çünki istifadəçilər ön kameradan daha çox videozənglər üçün istifadə edirlər.