Slack “Workflow Builder” tətbiq konstruktorunu buraxıb

Date:

Paylaş:

   Slack-ın Workflow Builder konstruktoru vasitəsi ilə istənilən şəxs messenger-in daxilində tətbiq yarada biləcək 
    “Workflow Builder – bizim platformanın genişlənməsidir. Onun vasitəsi ilə proqramlaşdırma biliklərinə sahib olmayan insanlar Slack-ın daxilində tətbiq və proseslər yarada biləcəklər.” – deyir Slack məhsulunun idarə heyyətindən Endi Pflaum
    
    Bot və tətbiqlər üçün Slack platforması 2015-ci ildə təqdim olunub. Onun asanlaşmış versiyası Block Kit fevral ayında istifadəyə açıq oldu.  Workflow Builder messenger daxilində tətbiqlərin yaradılmasını daha da asanlaşdırır – onun vasitəsi ilə tez və asan iş prosesi yaratmaq olar. 
    
    “Buraxdığımız ilk versiya daha çox Slack-ın daxilində mövcud olan iş prosesləri üçün nəzərdə tutulub. Məsələn siz Slack-da məlumat daxil edirsiniz, o isə birbaşa olaraq əlaqədar şəxsə və ya kanala yönlənir.” – deyir Pflaum. 
    “Növbəti versiyalarda digər tətbiq və servislərə qoşulmaq imkanları da olacaq. Beləliklə, siz özünüz üçün CRM, texniki dəstəyə müraciət sistemi və ya səhvlərə nəzarət sistemi yarada bilərsiniz. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...