Abşeronda 108 min yumurta məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, hadisə rayonun Hökməli qəsəbəsi, “At yalı” adlanan ərazisində fəaliyyət göstərən Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsində baş tutub.
Müəssisəyə baxış zamanı 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu məlum olub.
Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.