Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Apple “Intel” biznesini 1 milyard dollara alıb

Apple “Intel” biznesini 1 milyard dollara alıb

105
Paylaş

“Apple” şirkəti “İntel”in smartfonlar üçün modem istehsalı biznesini almasını təsdiqləyib. Əməliyyatın məbləği 1 milyad dollar olub, şirkətin bloqunda bildirilib.

“Apple”a 2200 İntel əməkdaşı qoşulacaq. Bundan başqa, “Apple” avadanlıq və simsiz texnologiyaya 17 mindən çox patent əldə edəcək.

Bu əməliyyat “Apple”ın 5G texnologiyası ilə probleminin nəticəsidir. “Apple” əvvəlcə İntel-dən son iki ildə detallar alıb. Sonra isə o, təchizatçını Qualcomm-a dəyişdi və uzun sürən məhkəmə çəkişməsinə son qoydu. Belə ki, bu məhkmə işində “Apple” şirkəti patentlərə görə yüksək yığımlar üstündə günahlandırılırdı. Apple “İntel”in modemlərin təchizatı üzrə yeganə müştərisi olub. Məhkəmə işindən  sonra isə istehsalçı bu biznesi bağlayır.

KİV qeyd edir ki, indi “Apple” Qualcomm-dan asılı olmadan özü 5G-modemlər istehsal edə bilir. Bundan başqa “Apple” özü üçün lazım olan sürətdə çiplər buraxmaq, onları məhsullara daha yaxşı inteqrasiya etmək və yeni funksiyalar tanıtmaq imkanı qazanacaq.

İstənilən halda, yaxın gələcəkdə “Apple” Qualcomm-dan modemlər almağa davam edəcək. Lakin analitiklər qeyd edirlər ki, üç il ərzində şirkət üçüncü tərəf təchizatçılarından imtina edə bilər.

Əməliyyat “İntel”in modemlər istehsalını dayandırması anlamına gəlmir. Şirkət smartfonlardan( kompyuterlər, internet əşya “device”ları və avtonom nəqliyyat vasitələri) başqa istənilən cihazlar üçün çiplər buraxmaqda davam edəcək.