“ISR Holding” yeni şirkət yaradıb

1
1397

Vergilər Nazirliyi “ISR Management” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “ISR Holding” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 69-da (“ISR Plaza” iş mərkəzində) dövlət qeydiyyatından keçib.

“ISR Management”in nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Rauf Xəlilovdur. Xatırladaq ki, o, “ISR Holding”in rəhbəri İskəndər Xəlilovun oğludur.

1 COMMENT