İşgüzar təşəbbüskarı formalaşdıran xüsusiyyətlər və bacarıqlar

0
829

Təşəbbüskarlığın bildiyiniz kimi ümumi bir tərifi yoxdur. Hər kəs bu anlayışa bir cür izahat verir. Təşəbbüskarlıq bir qəlib, bir xətt ola bilməz. Ancaq, təşəbbüskarlıq xüsusiyyətlərinin nümunələrini vermək mümkündür. Hazırda uğurlu olan və ya keçmişdə uğurlu olmuş təşəbbüskarların bəzi xüsusiyyətlərinə nəzər saldıqda bir daha aydın olur ki, Ölkəmizdə təşəbbüskarlığı işgüzar təşəbbüskarlığa doğru yönəlməyə ehtiyac var.

Uğurlu bir təşəbbüskarda olması lazım olan fərdi xüsusiyyətlərdən bəziləri bunlardır:

Qərarlılıq: Problemlərdən qaçmaz, onları olduğu kimi qəbul edərək həll etməyə çalışar. Qərar verməkdən çəkinməz hətta bunu arzulamaq.

Özünə güvənmək: Qarşılaşacağı bütün problem və çətinliklərin öhdəsindən gələcəyinə inanaraq işlərini davam etdirmək.

Məqbul risklərə getmək: Təşəbbüskar, mənfəət motivi ilə hərəkət etsə də fəaliyyətin nəticəsində meydana gələ biləcək mənfi nəticələri (riskləri) da nəzərə alır.

İş bitiricilik: Edilməsi lazım olan işi sonuna qədər izləyir, lazım olduqda şəxsən işləyərək işi bitirir.

Planlı hərəkət etmək: İşlərin planlaşdırıldığı kimi vaxtında, düzgün və ağıllı şəkildə icra edilməsini təmin edir.

İrəli getmək istəyi: Yeni tələbləri hər kəsdən əvvəl sezərək lazımi təşəbbüsləri həyata keçirir.

Çox yönlülük: Müəssisənin funksiyalarının həyata keçirilməsi prosesində müəyyən sərhədlər daxilində qalmaq əvəzinə hər funksiyanın yerinə yetirilməsi zamanı nüfuz sahibi olmağı, liderlik etməyi arzulayır və bunun üçün özünü yetişdirməyə çalışır.

Uzaqgörənlik: Gələcəkdə ola biləcək dəyişiklik və inkişafı nəzərdə saxlayır.

Öndərlik: Yanındakı işçilərin işin tələb edildiyi şəkildə təşkilatlandıraraq müəssisəsinin məqsədinə çatmasını təmin edir.

Uyğunlaşma: İş dünyasında meydana çıxan sürətli dəyişiklikləri, yeni texnologiyaları izləyir və onlara uyğunlaşmağı təmin edir.

Sosial olma: Tabeliyində olan işçilərlə və işgüzar çevrəsi ilə xoş ünsiyyət qurur, səbri və razı salmaq bacarığı ilə güvən yaradır.

©facemark