İşçiyə az maaş verilməsi-Maslov piramidası

0
1225

Son illər Azərbaycanda baş verən iqtisadiyyatın sturuktur dəyişiklikləri, manatın dəyərinin itirməsi, baş vermiş böhran əmək bazarındanda yan keçməmişdir. Son 3 ildə onlarla bankın bağlanması, xarici müəssisələrin bazarı tərk etməsi, yerli müəssisələrin fəaliyyətinin pozulması nəticəsində minlərlə iş yeri ixtisar olmuş və xaricə kütləvi sürətdə beyin axını olmuşdur. Bu kimi proseslərin məntiqi nəticəsi olaraq əmək bazarında ciddi boşluq yaranmışdır. Son illərdə sahibkarlar işçi çatışmazlığından, işçilərin effektiv işləməməsindən narahatlıqlarını bildirirlər. Bəli reallıq odur ki, gənc və savadlı kadrlar azlıq təşkil edir. Bu vəziyyətin yaranmasına bir neçə səbəb vardır.

1) Universitetlər günün tələblərinə uyğun tələbələri məzun etmirlər.
2) Şirkətlərin bir çoxu işçilərin bilik və bacarıqlarının artırılmasına investisiya qoymurlar.
3) Tələbələrə örnək göstərəcək şəxslər azlıq təşkil edir.

Gəldik məqaləmizin əsas məğzinə. Maslov piramidasına görə hər bir insanın yaşaması üçün təməl ehtiyaclara sahib olmalıdır. Əgər bu ehtiyaclardan hər hansı olmazsa onda o insan öz şəxsi potensialını tam ifadə edə bilməyəcək. Azərbaycanda şirkətlər əksər hallarda işçilərə 200-400 azn arası maaş verməkdədir. Düzdür bəzi peşələr var ki, bunlara tələb yüksək olduğuna görə maaşlarda yüksəkdir. (proqramistlər, developerlər, marketinq mütəxəssisləri və s). Reallığa nəzər saldıqda ölkədə real inflyasiya 15 faiz ətrafındadır, ərzaq və digər xidmətlər bahadır. Təbii ki, hər bir şəxsin problemləri hətta bəzi şəxslərin ailə qayğısı var. Sual olunur bir ailə başçısının 400 azn maaş alması(maaş şərtidir) onun yüksək kefiyyətli iş göstərməsinə necə təsir göstərir?

Təbii olaraq Azərbaycan iqtisadiyyatının son 3 ildə ağır şəraitə düşməsi əmək bazarında çoxlu sayda ixtisarlara gətirmişdir və beləcə işsizlərin sayı çoxalmış və firmalar minimum əmək haqqı verməklə maksimum tələblər qoyaraq iş elanları verməyə başlamışlar. Yəni ki, istəyirsən işlə istəmirsən ac qal, onsuz bu işi görmək istəyənlər kifayət qədərdir. Narazı olsalar belə J

Beləcə işçi həm şirkətdə olan gərginliklər, həm ailə qayğısı, sosial-məişət problemlərindən böyük stress keçirir. Belə olduğu halda isə təbii ki, şəxsi effektivlik hədsiz aşağı düşür. Buna görədir ki, işçilər işlədiyi yerdə belə daimi vakansiyalarla maraqlanır nisbətən çox gəlirli iş axtarışına çıxırlar.

Belə bir şəraitdə şirkətlər üçün bir neçə məsləhət verə bilərəm. Verəcəyim məsləhətlər öz fikrimdir və hər hansı şəxsin subyektiv fikri ilə üst-üstə düşməyə bilər.

  • Gənclərin iş həyatına güclü şəkildə hazırlanması üçün həvəsli gənclərə təcrübə proqramları təşkil olunsun.
  • İşçilərin sosial-məişət problemləri ilə daimi şəkildə maraqlanılsın
  • Şirkətlərdə işçilərin əmək haqqlarında cüzi şəkildə tutularaq şirkət daxili fond yaradılsın, fondun gəlir və xərcləri şəffaf şəkildə hesabat şəklində çap olunsun. Bu fonddan ehtiyacı olan işçilərə (misal üçün: hər hansı tibbi əməliyyat üçün) birdəfəlik və geri qaytarılmayan maddi yardım edilsin.
  • Şirkət daxili korporativ mühit yaradılsın, rəhbər-işçi münasibətlərində olan bürokratiya aradan qaldırılsın.
  • İşçilərin maaşları gördüyü iş müqabilində tənzimlənsin və illik infilasiyaya uyğun olaraq artırılsın.
  • Şirkətlərdə cavanlaşdırılma siyasəti aparılsın lakin işi mükəmməl səviyyədə bilən top menecerlər saxlanılsın.
  • Vaxt aşırı olaraq (bayramlarda, ad günlərində və s) rəhbər öz işçiləri ilə birlikdə hər hansı sosial aktivliklər həyata keçirsin. Misal üçün: Birgə kinoya getmək, şam yeməyi yemək, rayon gəzintilərinə getmək.
  • İşçilərdə motivasiya yaratmaq, əmək fəaliyyətinin düzgün təşkili üçün şərait yaratmaq.
  • Komandanın ideyalarını dinləmək və uğurlu ideyaları tətbiq etmək.
  • Təklif və iradları daima qəbul etmək.

İlkin Mirzəzadə, bizplus.az