Əsas səhifə Biznes Çinli iş adamı “Daimler”in 10%-ni aldı

Çinli iş adamı “Daimler”in 10%-ni aldı

579
Paylaş

Çinin “Geely” avtomobil şirkətinin rəhbəri Li Şufu “Mercedes Benz”in istehsalçısı, Almaniyanın məşhur “Daimler” konserninin səhmlərinin 9,69%-ni əldə edib.

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, səhm paketinin qiyməti 9 milyard dollardır. Çinli iş adamı qərarını elektromobil və pilotsuz avtomobillər istehsal etmək üçün alman konserni ilə ittifaq yaratmaq niyyəti ilə izah edib.

L. Şufu hesab edir ki, “Daimler” “Tesla”, “Google”, “Uber” kimi şirkətlərlə texnoloji yarışa girə biləcək. Bundan başqa, çinlilər öz ölkələrində istifadə etmək üçün ekoloji təmin maşınların istehsalında alman tərəfinin texnoloji bacarıqlarından yaralanmaq istəyirlər.

”Daimler” rəhbərliyi səhm alışını alqışlayaraq innovasiyalarda maraqlı olan investorun konsernin inkişafına kömək edəcəyinə inandığını bildirib.

Qeyd edək ki, daha əvvəl “Geely” Malayziyanın “Proton” avtomobil şirkətinin səhmlərinin 49%-ni və İsveçin “Volvo Trucks” yük avtomobili istehsalçısının 3,3 milyard dollar dəyərində səhmlərini satın alıb.