İri reklamverənlər agentliklər ilə işi dayandırır

Date:

Paylaş:

İstehlak mallarının istehlakçısı “Unielever” marketinq xərclərini son iki il ərzində 300 milyon avro artırıb. Xərclər dijital mediaplatformalarına və satış nöqtələri istiqamətindədir.

Bu haqda 2019-cu ilin birinci rübünü ilə bağlı telekonfransda çıxışında şirkətin icraçı direktoru Alan Cop deyib.

İcraçı direktor qeyd edib ki, xərclər agentliklər və prodakşn ilə əməkdaşlığın ixtisarından sonra artırılıb. O, əlavə edib ki, məhz bunları istehlakçılar görmür.

“Unielever”in biznes-effektivliyinin artırılması üzrə proqramına görə, şirkət bununla hər il illik büdcəsinə 2 milyard avro qənaət edəcək.

2018-ci ilin mart ayının nəticələrinə görə, “Unilever” qeyd edib ki, onlar markanın inkişafına xərclənən vəsaiti 5,3%-7,1 milyard avroya qədər azaldıblar. Şirkətin nümayəndəsi qeyd edib ki, bunun səbəblərindən biri, şirkətin daxili gücü hesabına daha çox kontentin yaradılması olub.

Belə ki, hazırda məzmun və dijital ilə bağlı qərarlardan “Unilever”in daxili bölməsi cavabdehdir. Bunlar “U-Studio” və kontent-studiya “U- Entertainment”dir.

Qeyd etmək yerinə düşər ki, “Unilever” kimi ən iri reklamverənlərdən biri olan — “Procter & Gamble” şirkəti də reklam podratçılarına olan xərcləri daim azaldır.

Ötən ilin (2018-ci ilin iyununda açıqlanan) maliyyə nəticəsinə görə, şirkət markanın inkişafı istiqamətindəki illik xərci 7,1 milyard dollar olub. Şirkət hələ 2020-ci ilin ortalarına qədər agentliklər və prodakşn istiqamətindəki xərclərə daha 200 milyon dollar da qənaət etmək fikrindədir.

Buna görə də istehlak mallarının beynəlxalq istehsalçısı mediasatınalmaları ilə bağlı inhouse bölmələr yaradır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...