60 saniyəyə içkiləri soyudan texnologiya

Date:

Paylaş:

“Blue Quench” şirkətinin istehsal etdiyi yeni bir soyuducu, bilinən modellərin əksinə çox maraqlı bir formada soyutma edir. Soyuducunun içərisinə qoyulan şüşələri çevirərək soyudan “Qooler” adlı soyuducu, 500 RPM-lik dönmə sürəti təmin edir.

Yaz mövsümünün gəlməyə başladığı bu günlərdə “Blue Quench” şirkəti 1 mayda bazara çıxaracağı içkilər üçün yeni soyuducusunu təqdim etdi. “Qooler” adlı soyuducu cihaz, içkiləri çevirərək soyutmağı bacarır. 60 saniyəyə qədər qısa bir müddətdə soyutma əməliyyatı reallaşır və şirkətin iddialarına görə içəcəkləriniz turşularını itirmir.

Məhsulun iş məntiqi isə belədir. Hər hansı fərqli bir qab içərisinə su qoyulur. İçərisinə də qooler yerləşdirilir. Cihaz, xarici mühitdə olan soyuq suyu şüşələrin olduğu iç mühitə götürür və şüşələri çevirməyə başlayır. 1 dəqiqədə tamamlanan əməliyyat boyunca şüşələr 500 RPM güc ilə dönür. Çöldən götürdüyü soyuq suyu da içərisində dövr edərək davamlı yeniləmiş olur. Bu sayədə içkilər soyudulmuş olur.

Məhsul 1 mayda bazara çıxarılacaq və təqdimat qiyməti 349 dollar olacaq. Şirkət təqdimat dövründən sonra məhsulun qiymətini 479 dollara qaldıracaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...