“İrAero” aviaşirkəti Rostov-Bakı-Rostov birbaşa aviareysindən imtina edib

Date:

Paylaş:

Rusiyanın “İrAero” aviaşirkəti Rostov-Bakı-Rostov birbaşa aviareysin açılmasından imtina edib. Buna səbəb sözügedən marşruta tələbatın az olmasıdır.

Rostov-Bakı aviareysi üzrə uçuşlar iyulun 6-da başlamalı idi. Uçuşların həftənin VI günləri “Sukhoi Superjet” təyyarəsi ilə yerinə yetirilməsi planlaşdırılırdı.

“Bu marşrut üzrə biletlər, demək olar ki, satılmırdı və bu səbəbdən biz biletlərin bir qismini maya dəyərindən də aşağı qiymətə realizə etməyi qərara aldıq. Lakin atılan bu addım da sözügedən marşruta tələbatı artırmadı. Məhz buna görə biz Rostov-Bakı aviareysinin açılmasından imtina etdik”, – aviaşirkətin məlumatında deyilir.

Qeyd edək ki, bu aviareysə bilet alan hər bir sərnişinə kompensasiya ödəniləcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...