Əsas səhifə Biznes sahələri Texnologiya 4 il sonra “5G”-smartfonlar çox populyar olacaq

4 il sonra “5G”-smartfonlar çox populyar olacaq

341
Paylaş
5G
5G

“Canalys” şirkətinin proqnozuna görə, beşinci nəslin (5G) şəbəkələrini dəstəkləyən smartfonlar bazara yeni çıxarılmasına baxmayaraq, 4 il sonra  çox populyar olacaq.

Analitiklərin gözləntilərinə görə, 2023-cü ildə dünyada 800 milyon (bazarın 51,4%-i) “5G”-smartfon mövcud olacaq. Beləliklə, bu qurğular tədarük həcminə görə “4G”-modelləri geridə qoyacaq.

Analitiklərin proqnozuna görə, 2019-2023-cü illərdə “5G” dəstəkli telefonların qlobal tədarük həcmi 1,9 milyarda yaxınlaşacaq. Yuxarıda qeyd olunan müddətin sonuna yaxın Çin “5G” texnologiyasını dəstəkləyən qurğuların ən böyük satış bazarı olacaq.

ABŞ “5G”-smartfonlar üçün ikinci böyük bazar olacaq