Mənbələrdən əldə edilən məluamta görə, WeWork şirkəti səhmləri 3-4 milyard dollar satmağı düşünür.
WSJ və Bloomberg sözçüləri deyirlər ki, birjaya çıxma ərəfəsində bu “coworking”lər şəbəkəsi 20 milyard dollardan 30 milyard dollara kimi dəyərləndirmə hesablayır. CNBC mənbələri 25 milyard dollar dəyərləndirmədən bəhs edirlər. Bu hesablamalar, şirkətin 2019-cu ilin yanvarında özəl səhmdarlardan əldə etdiyi 47 milyard dollar dəyərləndirmənin yarısından da iki dəfə azdır.
Bloomberg bildirir ki, səhmdarların tələbindən asılı olaraq, yekun dəyər hələ dəyişə də bilər. İndi şirkət və onun aralarında SoftBank da olan səhmdarları səhmlərin satış şərtlərini müzakirə edirlər. Nəşrdə verilən məlumatlara görə, şirkət səhmləri 3,5 milyard dollara satmağı hesaba alır və sentyabrın 15-nə kimi səhmdarlar və analitiklərlə silsilə görüşlər keçirməyi planlaşdırır.
WSJ məlumat verir ki, avqustun sonu WeWork-un rəhbəri Adam Neyman Tokioda SoftBank-ın baş direktoru Masayoshi Son-la görüşür və şirkətin əlavə maliyyələşmə imkanları barədə bəzi variantları müzakirə edirlər:
SoftBank IPO zamanı əsas səhmdar kimi çıxış edir və WeWork-un 3-4 milyard dollara kimi olan məbləğdə satmağı hesaba aldığı səhmlərin böyük bir hissəsini alır.
Soft Bank WeWork-ə əlavə yatırım edir və bu da şirkətə IPO-nu 2020-ci ilə qədər təxirə salmaq imkanı yaradır.
WSJ sözçüləri, SoftBank-ın yekunda WeWork-ə əlavə yatırım edib-etməyəcəyi barədə bir məlumat verə bilməyiblər. WeWork nümayəndəsi rəy verməkdən imtina edib.