Əsas səhifə Biznes sahələri Texnologiya iPhone XI Max smartfonunun render fotoları təqdim edilib

iPhone XI Max smartfonunun render fotoları təqdim edilib

226
Paylaş

  OnLeaks ləqəbi ilə tanınan məşhur insayder Cashkaro saytı ilə birlikdə bu il təqdim olunacaq iPhone modellərinin render fotolarını təqdim etməyə davam edir. Bu barədə Gagadget saytı xəbər verib. Bu dəfə məşhur insayder iPhone XI Max smartfon modelinin render fotolarını təqdim edib. Adi iPhone XI kimi iPhone XI Max modeli də əvvəlki iPhone modellərindən üçlü arxa kamera ilə fərqlənəcək.

    Yeni render fotolarda üçlü arxa kamera modullarında bir qədər dəyişiklik edilib. Belə ki, həmin kamera modulları ölçü baxımından bir qədər böyüdülüb. Məlumat sızıntılarına əsasən kamera modullarından birincisi adi, ikincisi teleobyektiv, üçüncüsü isə genişformatlı kamera moduludur. Bununla yanaşı ehtimal var ki, üçüncü kamera modulu ToF (Time of Flight) modulu olsun. Hər iki smartfon müxtəlif batareya həcmi və ekran ölçüsünə sahib olacaq. Yeni iPhone modellərinin bu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.