Azərbaycanda “Bitcoin” səfirliyi yaradılacaq

Date:

Paylaş:

Azərbaycanda “Bitcoin” səfirliyi (“Bitcoin Embassy Azerbaijan”) açılacaq. Bunu layihə rəhbəri Səbinə Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan məsələyə dair ADA Universiteti ilə danışıqlar aparılır.

“Layihənin nə zaman start veriləcəyi danışıqların nəticəsindən asılı olacaq. Layihənin icrası ilə bağlı həmçinin “Cisco” şirkəti ilə də danışıqlar aparılır. Qeyd edim ki, hazırda “Bitcoin Embassy” qonşu Gürcüstanda fəaliyyət göstərir. Bizim bu ölkədən olan tərəfdaşlarımızın təşəbbüsü ondan ibarətdir ki, Azərbaycanda da “Bitcoin” səfirliyi fəaliyyət göstərsin. Təklif “blockchain” sahəsi üzrə mütəxəssislər tərəfindən universitetin informasiya texnologiyaları fakültəsində təhsil alan tələbələrə blockchain mövzusunda tədrisin təşkil edilməsindən ibarətdir. “Bitcoin Embassy”nin fəaliyyəti həmçinin konfransların, görüşlərin, leksiyaların təşkili, eləcə də “blockchain” sahəsində fəaliyyət göstərən startaplara dəstək verilməsindən və təcrübə mübadiləsindən ibarət olacaq”, – deyə S. Məmmədli qeyd edib.

Layihə rəhbəri onu da bildirib ki, Gürcüstanın “Bitcoin” səfirliyi (“Bitcoin Embassy Georgia”) hazırda bu təşəbbüsü bir çox MDB ölkələrində həyata keçirir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...