iPad avtomobillə əlaqə funksiyasını blok edir

Date:

Paylaş:

Məşhur “Apple” şirkətinin planşetləri ilə avtomobillərin ortaq nəyi ola bilər? Cavab – avtomobil sahiblərinə problem yaradan bir aksesuar.

Xüsusi forumlarda yayılan görə, “Apple Pencil” karandaşı enerji yığımı zamanı avtomobil açarlarının siqnalını blok etməyə başlayır: elektron breloklar maşının qapısını aça bilmir. Bir qədər sonra,”The Drive”  amerikan avtomobil nəşri bu məlumatı təsdiqləyib.

Bunun səbəbi kimi isə o göstərilib ki, induksiya enerji yığımı zamanı karandaş xüsusi diapazonda dalğalar ötürür və onlar da açarı blok etməyə başlayır. Maraqlıdır ki, proqram səhvlərindən fərqli olaraq bu problem, aparat təminatı ilə əlaqəli olduğu üçün düzəlməsi mümükünsüzdür. Bununla belə, istifadə zamanı “Apple Pencil”, avtomobillərin elektron açarlarından istifadəyə mane olmur, belə ki, bu zaman o tamam başqa diapazonda dalğalar ötürür. Bundan əlavə, qeyd edilib ki, karandaş, enerji yığımı zamanı heç də bütün avtomobil siqnallarını blok etmir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...