“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcəkdir. Yığıncaq 3 aprel 2020-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi 16 ünvanında (AG center, 2-ci mərtəbə) baş tutacaq.
Yığıncağın gündəliyində duran əsas məsələlər 2019-cu ilin yekunlarına dair nəticələrin müzakirə edilməsi, şirkətin növbəti dövrlər üçün strateji plan və hədəflərinin müəyyən edilməsi və digərləridir.
Səhmdarların Ümumi Yığıncağının gündəliyi üzrə materiallarla Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi 16 ünvanında (AG center, 2-ci mərtəbə) tanış olmaq mümkündür.