Dünya şöhrətli “Duty Free”nin sadə həyat tərzi ilə seçilən təsisçisi

Date:

Paylaş:

“Duty Free” mağazalar şəbəkəsinin yaradıcısı ictimai nəqliyyatdan istifadə edir, ütülənməmiş köynəklər geyinir və 15 dollarlıq saatlar taxır. Restoran seçimi isə adi kafelərlə kifayətlənir.

88 yaşlı milyarderin təxminən 7,5 milyard dollar sərvəti var və o, 6 milyard dollardan çoxunu artıq ianə edib.

Bundan başqa,Charles qalan pulları da müxtəlif xeyriyyə layihələrinə xərcləməyi planlaşdırır. O, dünya üzrə, demək olar ki, bütün kapitalını xeyriyyəçilik işlərinə xərcləyən yeganə milyarderdir.

Bill Gates milyarder haqqında belə deyib: “ Feeney – həyatda necə yaxşılıq etməyə ən böyük nümunə”.

Charles Feeney 23 aprel 1931-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında, Elizabet şəhərində anadan olub. Koreya hərbi əməliyyatlarında iştirak edib və  sonra əldə etdiyi əsgər pulu təzminatını öz təhsilinə sərf edib.

Daha sonra Feeney biznes qurmaq üçün Fransaya gedir. Bu addımı uğurlu olur – 1964-cü ildə, səyahət məhdudiyyəti aradan qaldırılandan sonra, Yaponiyadan olan varlı turistlər bütün dünyanı səyahət edərək,fəal surətdə pullarını xərcləməyə başlayırlar.

Feeney, Asiyadan olan yaraşıqlı qızları mağazalarına satıcı kimi işə götürür və satdığı məhsul çeşidlərinə turistlərin tələbatına uyğun olaraq, suvenir, konyak və siqaretlər əlavə edir. Biznesi yüksəklərə doğru irəliləyir.

 

 

Duty Free Shoppers şəbəkəsi sürətlə inkişaf edir: tezliklə San-Fransiskoda, Ankoricdə,Quamda və başqa şəhərlərdə mağazalar açılır. 1979-cu ildə  Charles “Saipan Beach Resort”da öz ticarət şəbəkəsini qurmaq imkanı əldə etmək üçün  5 mln. dollara aeroport tikdirir.

Duty Free Shoppers-in əhatəsi genişlənir, gəliri artır və Charles Feeney 1988-ci ildə Forbes jurnalının ən zəngin adamları siyahısında 31-ci yeri tutur.

O vaxt hələ heç kim bilmirdi ki, Feeney gəlirlərinin böyük bir hissəsini ianə edir. Uzun müddət Feeney bunu publikadan uzaq olaraq anonim şəkildə edir. Və yalnız son bir neçə ildə KİV onun  xeyriyyəçilik fəaliyyətlərini mütəmadi olaraq işıqlandırır.

Charles Feeney tərəfindən yaradılan ianə fondu fəaliyyəti ərzində elm sahəsinə, səhiyyəyə, təhsilə yatırımlar edir, bundan başqa, qocalar evlərini maliyyələşdirir və müxtəlif ölkələrin (ABŞ,Avstraliya, Cənubi Afrika, Vyetnam və İrlandiya daxil olmaqla) vətəndaş hüquqlarının müdafiəsinə 6 mlrd. dollardan çox sərmayə qoyur.Charles Feeney ikili vətəndaşlıq daşıyır: amerikan və irland. İrlandlılar özləri belə hesab edirlər ki, milyarder-filantrop, İrlandiya üçün Müqəddəs Patrikin dövründən bu yana heç kimsənin etmədiyi qədər çox işlər görüb.İrlandiyanın ən yaxşı təhsil müəssisələrindən biri olan  və təxminən 13 000 tələbənin təhsil aldığı Limerika Universiteti yaranmasına görə Charles-a və onun 17 mln. dollar qrantına borcludur.Bundan başqa, Feeney öz sadə həyat tərzinə görə məhşurluq qazanıb – onun heç öz maşını da yoxdur,  metrodan istifadə edir.Çoxlu sərvətinin üstünlüklərindən yararlanmaq əvəzinə Feeney onları ianə edərək, milyarderlər kimi deyil, adi sadə adamlar kimi yaşamağa üstünlük verir.Charles Feeney həyatının mənasını zənginlərə xas komfortlu həyat tərzində deyil, ehtiyacı olanlara xeyriyyə işləri ilə yardım etməkdə görür.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...