Əsas səhifə Biznes sahələri Texnologiya İnternetdəki bütün şəxsi məlumatlarınızı bu platforma vasitəsilə silə bilərsiniz

İnternetdəki bütün şəxsi məlumatlarınızı bu platforma vasitəsilə silə bilərsiniz

91
Paylaş

İnsanların həyatında internet istifadəsi hər gün daha da artır və hətta ayrılmaz hissəsinə çevrilib. İnternetdən istifadə etməyə davam edərkən insanlar getdikcə daha çox asılı olurlar və hər gün internetdə bir az daha çox vaxtlarını keçirirlər. Bu ona gətirib çıxarır ki, istifadəçilər müəyyən şəkildə öz şəxsi məlumatlarını internetdə yayılır, bu da bəzən xoşagəlməz nəticələrə gətirib çıxarır.

Siz də internet vasitəsilə saysız əməliyyatlar etmiş ola bilərsiniz. Ancaq bununla paralel olaraq, məlumatlarınızın internetdə qalmasını istəmirsiniz. “DeleteMe” adlanan platforma bu məqsədlə yaradılmışdır. Platforma internetdəki şəxsi məlumatları bir-bir silmək, bununla da təhlükəsizliyinizi təmin etməyə kömək edir. Ancaq təəssüf ki, internet vasitəsilə əməliyyatları davam etdirdiyiniz təqdirdə, məlumatlarınızı yenidən internetə yaymağa başlayacağınızı bilmək lazımdır.

“DeleteMe” barədə bilməli olduğunuz ilk məlumat, platformadan sosial mediyadakı hesablarınızı və həmçinin hər hansı üzvlüklərinizi silməməsidir. Platforma sadəcə olaraq internet vasitəsilə yayılmış olan məlumatlarınızı məsələn, ev ünvanınızı, telefon nömrənizi, e-mail ünvanınız kimi informasiyalarınızı silir.

Platforma haqqında bilinməli olan ikinci əsas məlumat isə ödənişli olmasıdır.

Bu xidmətdən yalnız bir dəfə istifadə etmək mümkün deyil. Çünki İnternetdən istifadə etməyə davam etdiyiniz müddətdə şəxsi məlumatlarınız yenidən paylanmağa davam edəcəkdir.