Əsas səhifə Xəbərlər Digər xəbərlər Apple-da “bug” tapdı, 220 min dollarlıq mükafata yox dedi!

Apple-da “bug” tapdı, 220 min dollarlıq mükafata yox dedi!

93
Paylaş
Apple’ın boşluğunu tapan gənc Hüseyn Çoban adlı türk proqramçı Apple şirkətinin ona təklif etdiyi 220 min dollardan imtina edib.
Hüseyn Çoban Apple-da “bug” taparaq məşhurların iCloud hesablarına girməyi bacarıb. Bundan sonra şirkətlə əlaqə yaradıb. Apple Hüseyn Çobana bu boşluğu bildirdiyi üçün 220 min dollarlıq mükafat təklif edib, o isə bunu qəbul etməyib.

Hüseyin Çoban, Apple’ın açığını tapmasından sonra baş verən hadisələri belə danışıb:

“Türkiyədəki məşhurların çoxu Apple işlədir. Tapdığım bu boşluqla məşhurların hesablarına girərək iCloud şifrələriylə şəkillərinə qədər görə bilirəm. Buna görə Apple şirkətiylə əlaqə yaratdım. Tapdığım boşluğu email vasitəsilə və mərhələli şəkildə izah etməyimi istədilər. Ancaq qarşılığında verəcəkləri məbləği az olduğundan bunu etmədim.

Tapdığım bu boşluğu heç kimə deməyəcəyəm. Belə səhvləri məndən başqaları da tapır. Proqramlaşdırma dünyasında səhvlər hər zaman olur. Əsas onları tapa bilməkdir.”