Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Instagram”ın təsisçisi kiçik biznesə belə dəstək oldu

“Instagram”ın təsisçisi kiçik biznesə belə dəstək oldu

65
Paylaş

“Instagram”ın həmtəsisçisi Mayk Kriger SaveOurFaves adlı platforma istifadəyə verib. Onun vasitəsilə San-Fransiskoda, karantin vaxtı restoran və kafelərin itirdikləri gəlirlərin kompensasiyası üçün hədiyyə sertifikatlarının satışı həyata keçirilir.

Bu barədə TechCrunch yazır.

Məlum təcrid rejiminə görə müştəri yoxluğundan ziyan çəkən San-Fransiskonun 12 minə yaxın kiçik müəssisəsinə yardım etmək məqsədilə Mayk Kriger öz yoldaşı Keytlinlə birlikdə bonus kart təklif edən restoran və kafelərin linklərinin yerləşdirildiyi SaveOurFaves platformasını işə salırlar. Artıq platformada hədiyyə kartı satan700 restoran və kafe var və gündə 50 müraciət gəlir.

Cütlük, digərlərinin də kiçik biznesə yardım məqsədilə oxşar platformalar yaratması üçün mənbə kodu da açıb. İstəklərinə nail də olublar: Help Main Street (Nyu-York),  Give Local və Rally for Restaurants.