“Instagram” əlavəsi, biznesin inkişafı üçün yeni format hazırlayıb. Söhbət reklam məzmununun brendləşdirilməsindən gedir. (Branded content ads).
Bu barədə “AdAge” nəşri yazıb.
İndi brendlər “Instagram-blogger”lərdən öz məhsulları haqqında paylaşım sifarişi etməsi ilə yanaşı, bu paylaşımdan keyfiyyətli reklam elanı kimi istifadə edə biləcək.
Daha əvvəl, influencer bu və ya digər markanın reklamını öz hesabında paylaşırdısa, onu yalnız abunəçiləri görürdü. Onların arasında qapalı abunəçilər və botlar daxil idi. İndi əhatə və auditoriyanın keyfiyyəti genişlənir: Marka bu paylaşımı reklam elanı şəklində rəsmiləşdirə və daha çox istifadəçi arasında yayılmasına nail ola bilər.
“Point North Group”un məlumatına görə, 2018-ci ildə reklamverənlər “Instagram-blogger”lər vasitəsi ilə markanın inkişafı üşün 744 milyon dollar xərcləyib. Bu rəqəmdən 102 milyon dolları isə saxta abunəçilərə gedib. “Instagram” platformasının aylıq aktiv istifadəçi sayı 1 milyarddan çoxdur.
“Mediakix”in proqnozuna görə isə, 2019-cu ildə influencer-marketinq şirkətlərə 2 milyard dollar gətirə bilər./facemark