Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Taxify” rebrendinq edib

“Taxify” rebrendinq edib

342
Paylaş

Estoniyanın Azərbaycanda da fəaliyyət göstərən məşhur taksi şirkəti “Taxify” adını “Bolt”a dəyişib.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumata görə, dünyanın 30-dan çox ölkəsini əhatə edən bu şirkət müştərilərinə həm də skuter və motosikletlə xidmət göstərir.

“Bunları əks etdirmək üçün yeni ada ehtiyacımız vardı. “Bolt” ingilis dilində ildırım mənasını verir. Bu o deməkdir ki, ehtiyacınız olan yerə – münasib qiymətə, sürətli və rahat çatacaqsınız”, – məlumatda qeyd olunub.