Instagram 1 həftə ərzində öz tətbiqindən Following bölməsini çıxardacaq. Qeyd etmək lazımdır ki, həmin bölmə vasitəsilə istifadəçilər abunə olduqları şəxslərin aktivliklərini görə bilirdilər. Bu barədə Buzzfeed saytı xəbər verib. Iınstagram hesab edir ki, istifadəçilərin müəyyən bir hissəsi həmin bölmədən düzgün şəkildə istifadə etməyib, müəyyən hissəsi isə həmin bölmənin varlığından ümumiyyətlə xəbərsiz olub.
Bununla yanaşı şirkət Instagram interfeysini daha da sadələşdirmək istəyir. Bəzi istifadəçilərin hesablarında Following bölməsi hələ bu ilin avqust ayında yoxa çıxmışdı. İndi isə şirkət təsdiqləyib ki, Following bölməsi bütün istifadəçilər üçün deaktiv ediləcək. Servisin aşağı hissəsindəki ürək düyməsinə klik edən zaman isə sadəcə istifadəçinin hesabı ilə baş vermiş yeniliklər əks olunacaqlar.