Əsas səhifə Biznes sahələri Texnologiya İnstagram istifadəçilərinə xəbərdarlıq edir – hesabları silinə bilər

İnstagram istifadəçilərinə xəbərdarlıq edir – hesabları silinə bilər

155
Paylaş
instagram
instagram

Xəbərdarlıqda istifadəçinin hesabının ban edilməsinə səbəb olan postlar və rəylər göstəriləcək.

Şirkətin bloqunda deyilir ki, hesabının silinməsinə yaxın istifadəçiyə xəbərdarlıq ediləcək.

Bildirişdə sosial şəbəkənin siləcəyi paylaşımlar, rəylər və “tarixçələr” göstəriləcək və həmçinin silinmə səbəbi də bildiriləcək. Məsələn, pornoqrafiya ilə bağlı olan, nifrət aşılayan, təcavüzlə əlaqli və bu kimi digər sosial şəbəkə qaydalarını pozan postlar silinir.

İnstagram bu qərarı ilə bağlı istifadəçilərə birbaşa bildirişdə şikayət etmək imkanı da yaradıb.Əgər hesab səhvən silinibsə şəbəkə onu bərpa edir.

Hal-hazırda İnstagram hesabları qeyri-qanuni məzmunların müəyyən faizinə görə silir. Artıq sosial şəbəkə müəyyən zaman ərzində onun qaydalarını pozan hesabları blok edir.