Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Google” proqramçıların mükafatını ikiqat artırıb

“Google” proqramçıların mükafatını ikiqat artırıb

87
Paylaş

“Google” bildirir ki, 2010-cu ildə reklam proqramlarının buraxılışından bəri proqramçılara 5 milyon dollardan çox pul ödəyib.

TechCrunch yazır ki, şirkət proqramçılara ödədiyi mükafatın məbləğini iki-üç qat artırıb. Buna səbəb onların “Chrome”da məxfiliyin qorunmamasını aşkar etmələri olub.

Belə ki, məxfiliyin qorunmaması halları ilə bağlı adi hesabata görə maksimum məbləğ 5 min dollardan 15 min dollara çatdırılıb. Sözügedən problemlə bağlı ətraflı hesabata görə isə proqramçıya 30 min dollar veriləcək. “Chromebook” və ya “Chromebox”da aşkar edilən bu məxfilik problemi hallarına görə mükafatın tam həcmi 150 min dollardır.

Problemlə bağlı verilən hesabatın keyfiyyətindən və həmin problemin nə dərəcədə tənqidə layiq olmasından asılı olaraq mükafatın həcmi dəyişir. Mükafat proqramının qaydaları ətraflı olaraq “Google”da yazılıb. Bu proqramı “Google” 2010-cu ildə buraxıb. O vaxtdan bəri şirkət proqramçılara 5 milyon dollardan çox pul ödəyib. VentureBeat-in 2019-cu ilin fevralında yazdığına görə, özünün aşkar edilmiş səhvlərə görə bütün mükafat proqramları üzrə şirkət 15 milyon dollardan çox pul ödəyib.