Dostları üçün yaratdıqları proqram milyard dollarlıq şirkət oldu: Instagram

0
3952

İnstagramı kim yaratdı?

İnstagram haqqında hazırladığımız bu məqalədə instagramın kim tərəfindən və necə yaradıldığı öz əksini tapır.

Kevin Systrom və Mike Krieger tərəfindən yaradılan şəkil paylaşma tətbiqinin quruluş hekayəsi elə instagramın özü kimi maraqlıdır.

İnstagramın hekayəsi ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Stanford məzunu Kevin Systrom və Mike Krieger adında iki gənc ilə başlayır. Bu iki gənc instagramı əslində universitetdə öz qrupları üçün şəkil paylaşılan bir tətbiq kimi yaratmaq istəmişdilər.

Onlar instagramı qurmazdan əvvəl Silikon Vadisinin öndə gedən şirkətlərində təcrübə qazanırlar. Systrom Instagramı yaratmadan əvvəl Googleda iki il işləyir. Odeoda da staj keçir və burada Twitterin yaradıcısıyla tanış olur. Mike Krieger isə Instagramı qurmazdan əvvəl Microsoftda təcrübə keçmişdi.
Kevin Systorm Mike Krieger ilə birlikdə bu şirkətlərdən topladıqları təcrübə ilə fotoşəkilləri asanca yüklənən və bunu dostlarınızla paylaşmağa imkan verən bir proqram yaratmaq fikrini ortaya atırlar.

İnstagramın satılması

2010-cu ilin noyabr ayında İnstagram, App Storeda öz yerini tutur. John Riedel qrup rəhbəri kimi, Shayne Sweeney isə proqramist kimi Instagram qrupuna girdikdən sonra qrup San Franciscodakı Twitter ofisinə gələrək daha böyük hədəflər planlaşdırırlar.

2012-ci ilin aprelində 30 milyon istifadəçiyə çatan İnstagram Android əsaslı tətbiqini də yaradır. Tətbiq bir gündə 1 milyon sayda endirilir və 50 milyon dollarlıq investisiya aldıqdan sonra Facebook tərəfindən rekord bir qiymət ilə – 1 milyard dollara satın alınır.

İnstagram hazırda gündə 40 milyon şəkil paylaşımı, saniyədə isə 8600 bəyənmə və 1000 şərh edilən bir sosial şəbəkədir instagram haqqında edilən araşdırmaya görə bu sosial şəbəkədən istifadə edən kişilər qadınlara nisbətən üstünlük təşkil edir.

Kevin Systrom Instagramı bu qədər erkən satdığı üçün çox peşman ola bilər, çünki Instagramı bu gün satmış olsaydı 10-15 milyard dollar kimi bir məbləğə satabilərdi.

instagram haqqında

İnstagramın 2012-ci ildə 30 milyon olan istifadəçi sayı var idisə bu gün onların sayı 500 milyonu ötüb artıq.

Rəqabət mühiti getdikcə artır

İnstagram haqqında son zamanlarda yazılan xəbərlərdə ən çox onun özünü snapchata oxşatması haqqındadır. İnstagram Snapchatın izi ilə gedərək mövcud ismarıcların ekran görüntüsünün əldə edilməsi zamanı istifadəçiləri məlumatlandıran bir xəbərdarlıq sistemini də aktiv etdi. Belə bir xüsusiyyəti ilk dəfə yaradan Snapchat isə etdiyi yeniliklərlə rəqiblərinin önündə durmağı bacarır.

instagram haqqında

E-marketer tərəfindən ilk dəfə instagram haqqında araşdırılan reklam xərcləri 2016-2017-ci illər arasında Facebookun hesabına daxil olacaq vəsaitin nə qədər olacağını da bildirib. 2016-cı ildə 595 milyon dollar olan reklam gəlirinin isə 2017-ci ildə 2,81 milyard dollar olması gözlənilir və instagram haqqında maraqlı bir fakt isə selife sözü ilə bağlıdır. Belə ki selfie sözü instagram hesabına məşhurluq qazandı və ingilis dili lüğətinə daxil edildi.