İngiltərənin nüfuzlu portalı Azərbaycanlı xanımın uğurundan yazdı

Date:

Paylaş:

Gülnar Həsənova “Stevie” beynəlxalq biznes mükafatına layiq görülüb

Azərbaycanda işgüzar qadınların sayı artmaqdadır. Azərbaycanda biznes idarəetməsindəki  xanımlargetdikcə fəaliyyət dairəsini genişləndirərək dünya səviyyəsinə çıxır, beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirirlər. Bu günlərdə belə işgüzar xanımlardan biri – Gülnar Həsənova dünya miqyaslı “Stevie” beynəlxalq biznes mükafatına layiq görülüb. O, biznes aləmində “İlin qadını” adını qazanıb. Azərbaycanlı xanım “İlin ən yaxşı qadın biznesmeni” seçilib.İngiltərənin nüfuzlu www. bmmagazine.co.uk portalı da Azərbaycanlı xanımın uğuru haqqında geniş material hazırlayıb.

https://www.bmmagazine.co.uk/news/cambridge-university-alumni-takes-silver-at-international-award-for-woman-of-the-year/?fbclid=IwAR1qG6X-UItt3N9tqgZ3f5n0ZHcQYRkxDm5Dy1fd2ZUtVTDD3mNBPk9oghU

Məlumat üçün bildirək ki, “Gilan holding”də pərakəndə portfelinin Baş Direktoru vəzifəsini icra edən Gülnar Həsənova hazırda Cambridge Universitetinde Executive MBA dərəcəsi üzrə təhsil alır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Gülnar xanım elə ilk magistr dərəcəsini bu ali məktəbdən əldə edib. Sonradan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində  Beynəlxalq məşğulluq əlaqələri və İnsan resursları idarəetməsi üzrə ikinci magistr dərəcəsini alıb.

“Stevie” mükafatının sahibi olan G.Həsənova 10 ildən artıqdır ki, aparıcı şirkətlərdə rəhbər vəzifələrdə çalışır. Pərakəndə satış, daşınmaz əmlak və insan resursları sahəsində təcrübəsi olan xanım biznesin əsas sahələri – marketinq, pərakəndə əməliyyatlar, biznesin inkişafı və s. sahələr üzrə də ekspertdir.

Gülnar Həsənovanın rəhbərlik etdiyi “Gilan Retail” portfelinə daşınmaz əmlakın satışı, “Evimiz”, “Ekomobil”, “Vitafarma” və digər mağazalar, “Günaydın”, “Köşem” və s. restoranlar, digər müəssisələr daxildir. Biznesmen xanımın rəhbərlik etdiyi qrupda 500-dən çox işçi çalışır.

Azərbaycanlı xanımın “Stevie” kimi mötəbər mükafatı qazanması ölkəmizin adına böyük uğur sayıla bilər. Bu, azərbaycanlı xanımların da dünya səviyyəsində yüksək ixtisaslı kadr kimi qəbul olunduğunu, rəhbər vəzifələrdə uğur qazandığını, biznes və müştərilərlə iş sahəsində böyük təcrübəyə malik olduğunu göstərir.

“Stevie Awards” biznes sahəsində ən tanınmış və nüfuzlu mükafatlardan biridir. Hər il bu mükafatı qanmaq üçün dünyanın müxtəlif ölkələrindən minlərlə şirkət və sahibkarlar yarışır. Müsabiqə ABŞ-da fəaliyyət göstərən “Stevie Awards” təşkilatı tərəfindən keçirilir. Beynəlxalq Biznes Müsabiqəsində “İlin şirkəti”, “İlin sahibkarı” kimi titullarla yanaşı, “İlin ən yaxşı qadın biznesmeni”, ictimaiyyətlə əlaqələr, müştərilərə göstərilən xidmət, insan resursları, informasiya texnologiyaları, menecmentlik, marketinq sahəsində əldə olunan uğurlara görə də şirkətlər və şəxslər təltif olunur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...