Ölümlərindən sonra ən çox qazanan məşhurların adları açıqlandı – Forbes

Date:

Paylaş:

“Forbes” jurnalı işləri ölümlərindən sonra daha çox gəlir gətirən artistlərin illik reytinqini dərc edib.

Bizplus.az bildirir ki, reytinqin lideri illik “gəlir”i 400 milyon dollar olan Maykl Ceksondur. “Ölüm kommersiya uğuru üçün əngəl olmadı”, – deyə Forbes qeyd edir.

Siyahıda ikinci yerdə Elvis Preslidir. Onun albomlarının populyarlığına baxmayaraq, ölümündən sonra ən çox gəlir gətirən turistik məkana çevrilmiş Qreysland mülküdür. Belə ki, bir il ərzində Presli 40 milyon dollar “qazanıb”.

Reytinqin üçüncüsü amerikalı qolfçu Arnold Palmerdir. İdmançının brendə çevrilən adı ildə 35 milyon dollar gəlir gətirir. İlk beşliyə həmçinin Çarlz Şults (34 milyon dollar) və Bob Marli (23 milyon dollar) daxil olublar.

“Top-10″a həmçinin amerikalı uşaq yazıçısı Doktor Syuz (Teodoor Zoys Qayzel), “Playboy” jurnalının təsisçisi Huy Hefner, Merlin Monro, Prins və Con Lenon daxil olublar.

©Trend

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...