İlona Maskın gecə kabusu. Rivian brendi Teslaya rəqib yaradıb

Date:

Paylaş:

Ar-Cey Skarinc tərəfindən yaradılan Rivian brendi açıq hava üçün elektrik avtomobillər təklif edir. 2022-ci ilə şirkət gəlirləri 2,8 milyard dollara qədər artırmağı planlaşdırır

2018-ci ilin noyabrında Los-Angeles-də keçirilən avtoşouda nə Mercedes-Benz-i, nə Porsche-ni,  nə BMW-ni nə də digər lüks avtomobilləri müzakirə ediblər. Hər kəs az tanınan elektrik avtomobil istehalçısı , mərkəzi Miçiqan ştatının Plimut şəhərində olan Rivian Automotive-dən dedi-qodu edirdi. Elektrik avtomoilləri texnologiyasının inkişafına demək olar ki, on ilə yaxın vaxt sərf etməklə şirkət özünün ilk  iki, batareyalı avtomobilini ictimaiyyətə təqdim etdi: yeddinəfərlik krossover R1S və pikap R1T.

Aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulan, Rivian-ın necə deyərlər,macəra maşınları üslub baxımından Range Rover-i xatırladırlar – sərt, güclü və rahat. Onlar texnoloji yeniliklərlə zəngindirlər, misal üçün, internetlə əlaqə və təhlükəsiz idarəetmə üçün nəzərdə tutulmuş müxtəlif avtomobil cihazlarını demək olar.

Rivian-ın 36 yaşlı qurucusu və rəhbəri Ar-Cey Skarinc deyir – “ Macəra həyatdır və fərq etmir siz  balıq ovuna, qolf oynamağa yoxsa ailənizlə nahar etməyə gedirsiz”.

Roman  Skarinc – in işləri özünün də dediyi kimi uşaqlıqdan alınmağa başlayıb. Əlində alət  tutmaq üçün kifayət qədər yaşa çatanda o qonşusuna Florida ştatındakı Melbrunda yerləşən qarajından maşınını çıxarmağa kömək etmişdi. Skarinc deyir : “  50-ci illərin sonuna kimi mənim sevimli avtomobilim  Speedster olub”.  Yuxarı  siniflərdə oxuyanda o artıq öz şəxsi avtomobil brendini yaratmaq fikrinə düşmüşdü. Bu istəyini o təhsil almaqla gücləndirdi, belə ki,  Massaçuset texnoloji institutunun ( MTİ ) nüfuzlu Sloan Automotive Lab laboratoriyasında mühəndis mexanikası üzrə dissertasiyanı müdafiə etdi.

Bununla belə təhsil illəri ərzində gələcək avtomobil istehsalçısında şübhələr yaranmağa başladı.  Skarinc belə xatırlayır : “ Havanı çirkləndirən  və geosiyasi münaqişələrdən tutmuş, duman və iqlim dəyişikliyinə kimi hərcür problemləri yaradan hər bir şeyi sevdiyimi etiraf etmək ağrılıdır”. Buna görə də o, ətraf mühit üçün  zərərsiz elektrik avtomobillərə fikrini yönəldərək kursunu dəyişdi.

Skarinc bildirirki, yavaş-yavaş irəliləyən Rivian startapı 2009 – cu ildə yaradıldı və o Tesla-nın Roadster-nə çox oxşayan kupe- sport elektrik avtomobilini işləməyə başladı . Lakin yarım ildən sonra bu plan kənarda qaldı. İndi o bunu belə izah edir: “ Biz başa düşdük ki, həqiqətən lazımlı və bazarda olan məhsullardan fərqli  birşey yaratmamışıq”. Gənc sahibkarı ilk uğursuzluğu ruhdan salmadı , o inkişaf istiqamətini yenidən dəyişdi və bu dəfə şirkətin ideyasını “ hərəkətliliyin gələcəyi” kimi adlandıraraq fikrini  lüks  nəqliyyat vasitələrində cəmlədi.

Bəs niyə ilk maşınların hazırlanmasına onlə yaxın vaxt getdi? Skarinc deyir : “ Biz bütün detalları səliqə ilə yığmışıq”. Texnologiyanı inkişaf elətdirmişik, təşkilat qurmuşuq,  təchizat kanalları  və istehsal sistemi qurmuşuq. O həmçinin konstruktorlardan və dizaynerlərdən ibarət könüllülər komandası yığmağa da vaxt sərf edib. Bu komandaya McLaren-dən 720S və MP4-12C  modellərini işləyən  Mark Vinnels və Jeep şirkətindən , Grand Cherokee və Wrangler  üzərində işlərə rəhbərlik edən veteran Ceff Xammud daxil idi. O hal-hazırda  Rivian-ın konstruksiya üzrə birinci icraçı direktoru, dizayn üzrə isə ikinci vitse-prezidentidir.

“Elektrik arzuları”nın xərcini ödəmək üçün  Skarinc üç iri səhmdardan  450 milyon dollar aldı: MTİ universiteti ilə sıx əlaqələri olan , Səudiyyə Ərəbistanının Abdul Latif Jameel  investisiya qrupu, Yaponiyanın Sumitomo Corp. və Londonun Standard Chartered bankı.

Rivianda təxminən 700 nəfər adam işləyir: yarısı Plimutdakı mühəndislik mərkəzində , qalanları isə əsasən San-Xose,İrvin  və Kaliforniyadakı texniki mərkəzlərdə, bir neçəsi də Böyük Britaniyada konstruktor bürosunda. İki ilə işçilərin sayı artacaq  və o həddə çatacaq ki, artıq şirkət İllinoys ştatındakı Normal şəhərində yerləşən, Rivian-ın Mitsubishsi-dən 2017-ci ildə 16 milyon dollara aldığı zavodunun istehsal gücünü artırmağa başlayacaq.

Texniki cəhətdən R1T və R1S çox oxşardırlar. Onların şassisi eynidir, skeytborda oxşayır (bütün mexaniki komponentlər – batareya, transmissiya,dayandırılma onda cəm olunub). Şirkətdə deyirlər ki, bu əla işləyir, təxminən 650 km.-ə qədər enerjisi çatır və bu da yollarda sınanmış və ya yaxın iki ilə buraxılacaq hər hansısa başqa elektrik avtomobildə olandan 120 km. çoxdur. Rivian-da həmçinin , sport maşınlarda olduğu kimi üstün nəzarət və sürət də vəd edirlər: hər iki model təxminən üç saniyədə 100km/saat sürətlə hərəkət edə biləcəklər. Və ən əası Rivian əsl yolsuzluq imkanlarının olacağına da söz verir. Tesla-nı qumlu çimərlikdə və ya qayalıq bir təpədə sürməyə cəhd edin!

Pikap-ın əsas qiyməti 68 000 dollar,  krossover-in isə təxminən 72 500 dollardır (bu modelləri satın alanda vergi endirimi endirimi əldə etmək olur). Öncədən olunan sifariş sayını açıqlamamasına baxmayaraq, şirkət 2021-ci ilə 20 000 avtomobil (həm pikap , həm jeep ), 2022-ci ilə isə 40 000 avto təklif etmək iddiasındadır və bu da öz növbəsində 1,4 milyard dollar və 2,8 milyard dollarlıq satış deməkdir. Müqayisə üçün: Tesla bütün birinci il ərzində Model S-in 22 000 nümunəsini və təxminən 25 000 nümunə Model X-dən satıb.

Növbəti il Normalda istehsal başlayanda, Rivian Tesla kimi məhsulları birbaşa istehlakçılara satmağı düşünür və beləcə , müştəriləri öz brendi ilə tanış etmək üçün ABŞ-ın əsas strateji  yerlərində vitrin-mağazalar yerləşdirir. Çeşidlərin genişləndirilməsi planına görə, beşnəfərlik  nəqliyyat vasitələrinin istehsalı gözlənilir, gələcəkdə isə macəra üçün digər modellər də hazırlanacaq. Bunlari Skarinc deyib. O  əlavə nəsə vəd etməməyə çalışır: “Mən xaricilərlə nəyin üzərində işləməyimiz barədə birşey paylaşmamağa çalışıram. Nəticələr özləri hərşeyi deyəcək”.

 Potensial olaraq daha zəngin gəlir mənbəyi Rivian-ın texnoloji qərarlarının avtomobil istehalçılarına  və texnoloji şirkətlərə satılmasıdır. Skarinc deyir: ” Biz skeytbord texnologiyamızı tam halda və ya fraqmentlərini , məsələn, batareyasını təklif edə bilərik”. Hələ ki, heç bir əməkdaşlıqdan söhbət getməsə də Rivian ənənəvi avtomobil istehsalçısı olmayan məşhur brendlə danışıqlar aparır, lakin belələri ilə gələcək əməkdaşlığı da istisna etmir. Və əlavə olaraq Rivian kapital qoyuluşu da gözləyir. Rivian-ın idarə heyətinin üzvü və Toyotanın ABŞ və Yaponiyada istehsalı üzrə keçmiş meneceri Djon Şuk belə izah edir: “ Ar-Cey , bir göz qırpımında inkişaf edə biləcək şirkət yaradıb”.

Skarinc şirkətin rəhbəri kimi missiyasını, maşın istehsalçısı olmaq məqsədinin həyata keçməsindən sonra nədə görür? O zəmanət verir ki, Rivian-ın dəqiq hədəfləri , düzgün seçilmiş komandası var, mühit isə insanlara müdaxiləsiz işləməyə imkan verir. Seçim etməyə gəldikdə isə,  Massaçuset institutunun texnologiya üzrə məzunu laboratoriyanı üstün tutardı: “ Mən bizim şəbəkə arxitekturası üzərində işləməkdən və  “skeytbord” platforması barədə düşünməkdən zövq alıram”. Başqa sözlə, Ar-Cey hələ indi hərəkətə başlayır.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...