iPad planşetləri üçün xüsusi “Whatsapp” versiyası hazırlanacaq

Date:

Paylaş:

 Whatsapp dünyanın ən məşhur tətbiqlərindən biridir və gün ərzində milyardlarla insan öz aralarında mesajlaşmaq üçün həmin tətbiqdən istifadə edir. Lakin hələ indiyənə kimi bu messencerin iPad planşetləri üçün versiyası olmayıb. WABetaInfo saytının verdiyi məlumata əsasən Whatsapp tərtibatçıları bu vəziyyəti düzəltməyi qərara alıblar. Bu barədə Macdigger saytı xəbər verib. Messencerin sahibi lan Facebook şirkəti bu məlumata rəsmi olaraq fikir bildirməyib.

    Lakin mənbənin verdiyi məlumata inansaq, iPad üçün hazırlanan Whatsapp versiyası xüsusi planşet interfeysinə sahib olacaq və messencerdə paralel olaraq bir neçə çatdan istifadə etmək mümkün olacaq. Digər özəlliklər baxımından isə o, iPhone üçün olan Whatsapp-dan heçnə ilə fərqlənməyəcək. Messencerin iPad üçün olan versiyasının nə zaman təqdim olunacağı barəsinə bir məlumat yoxdur. Lakin ehtimal var ki, həmin versiya messencerin növbəti qlobal yenilənməsi ilə birlikdə təqdim olunsun.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...