Tesla rəhbərinin ən böyük yatırımları kosmos, energetika, süni intellekt və digər sahələri əhatə ediblər.
İlon Mask – amerikalı mühəndis, sahibkar, ixtiraçı, sərmayəçi və dollar milyarderidir. Forbes jurnalı, Musk-ın mülkünü 21,3 milyard dollar dəyərində qiymətləndirib.
İlk sərmayələr
1995-ci ildə İlon Musk Zip2 şirkətini təsis etmişdir – ilk internet məlumat mərkəzi. Xidmət onlayn şəkildə özündə şəhərlərin xəritələrini və biznes-kataloqlarını birləşdirirdi. Mask-ın əlində olan tək şey, qardaşı ilə müştərək istifadə etdiyi kompüter idi. “Səhərdən gecəyə qədər saytın yaradılması üzərində çalışırdım. Həmin dövrlərdə sevgilim də var idi. Mənimlə vaxt keçirmək üçün, o, ofisdə yatmalı olurdu”.
2014-cü ildə ilk biznesi üzərində çalışdığı zaman, İlon Mask, böyük bir dərs götürdü:
“Siz əzmkarlıqla çalışmalısınız. Hər saat çalışın. Riyaziyyat çox sadədir: əgər kimsə həftədə 50 saat, siz isə 100 saat çalışırsınızsa, bir ildən sonra nəticənin ikiqatını götürəcəksiniz”.
Dörd ildən sonra şirkəti Compaq kompüter istehsalçılarına 300 milyon dollara satdılar. İlon səhmlərinin satışından 7% almışdır (22 milyon dollar).
1999-cu ildə İlon Mask X.com onlayn ödəmə xidmətinə 10 milyon dollar sərmayə yatıraraq, texnologiyaların tərtibatı üzərində çalışmağa başladı. Həmin dövrdə, o, Confinity şirkəti ilə birləşdi. İlk başlarda İlon Musk baş direktor vəzifəsini icra edirdi, lakin qalmaqal nəticəsində vəzifədən uzaqlaşdırılmışdır.
Qalmaqalın səbəbi isə ondan ibarət olmuşdur ki, İlon Mask şirkətin adını PayPal-ə dəyişmək istəmirdi. 2001-ci ildə şirkət adını PayPal-ə dəyişmişdir, 2002-ci ildə isə Ebay şirkəti 1,5 milyard dollara satın almışdır. İlon səhmlərin 11,7%-ni (165 milyon dollar) əldə etmişdir.
2003-cü ilin yanvarında, Mask, Everdream Corporation şirkətinə 12 milyon dollar yatırdı. Şirkət anti-virus proqram təminatının tərtibatı üzərində çalışırdı. 2007-ci ildə Dell, məlum olmayan qiymətə şirkəti satın almışdır.
Elm
2002-ci ildə Mask, Musk Foundation fondunu təsis etdi. Fondun məqsədi bərpa olunan enerji, kosmik tədqiqatlar, elm və texnologiya, təhsil, uşaqlarda xəstəliklərin müalicəsi sahəsində qrantların paylanması və tədqiqatlara dəstək olmaqdan ibarət olmuşdur.
2014-cü ildə Musk Foundation, Vardenklif və Nyu-York şəhərlərində elm mərkəzinin tikintisi üçün Tesla Muzeyinə 1 milyon dollar bağışladı. Muzeyi yaratmaq üçün Tesla laboratoriyası yenidən təchiz edildi. Inside Philanthropy-nin verdiyi məlumata əsasən, fond 2011-ci ildə Yaponiyanın Soma-Siti şəhərində günəş enerjisi stansiyasının tikilməsinə 250 min dollar hədiyyə etmişdir.
Mask X Prize Foundation qeyri-kommersiya təşkilatının bir idarə heyətinin üzvüdür. Fondun fəaliyyəti, bəşəriyyətə xeyir gətirən ixtiralara görə mükafatlandırma işinə əsaslanır.
Mükafatın kateqoriyaları fərqli olur – pul mükafatları dünyanın asteroidlərdən müdafiəsi, sintetik astrobiologiya və görünməz plaşın yaradılması sahəsindəki nailiyyətlərə görə verilir.
Digər bir hədiyyə – 2 milyon dollarlıq Wendy Schmidt Ocean Health Xprize mükafatıdır. Bu mükafat, okean ekosisteminin bərpa edilməsi üsulunu aşkar edən şəxsə veriləcək.
2007-ci ildə işə salınmış layihələrdən biri də NeuroVigil şirkəti olub. Bu şirkət dünyada ilk dəfə olaraq beynin iBrain portativ monitorunu yaratmaqda müvəffəq ola bilmişdir. 2015-ci ildə İlon Mask şirkətə sərmayə yatıran şəxslərdən biri olur. Sərmayələrin məbləği açıqlanmır.
NeuroVigil, əczaçılıq şirkətlərinin klinik araşdırmalar aparmasına və nevroloji və xəstəlikləri olan xəstələrin müalicəsi üçün elektrik beyin siqnallarının analizinə diqqət yetirir.
2015-ci ilin dekabr ayında, Mask, OpenAI-nin həmtəsisçisi oldu. OpenAI – aparıcı alim və şirkətlərin açıq və birgə şəkildə fəaliyyət göstərə biləcəyi tədqiqat, blog yazıları, kod və patentlərin yerləşdirilməsinə həsr edilmiş qeyri-kommersiya təşkilatıdır. Mask şirkətə 1 milyard dollarlıq yatırım etmişdir.
Yüksəksürətli səyahətlər
Daha sonrakı dövrdə, Mask, yüksəksürətli səyahət konsepsiyası olan Hyperloop-u yaradır.
Hyperloop – insanları kapsullar içərisində saatda 500 mildən çox sürətlə boru vasitəsilə nəql edən relsli bir sistemdir. İlk başlarda, Mask, bu sistemi San-Fransisko və Los-Anceles arasında sürətli, təhlükəsiz və qənaətbəxş səyahət üsulu kimi adlandırmışdı.
Tesla Motors avtomobilləri
İlon Mask 2003-cü ildə Tesla Motors şirkətinə sərmayə yatıraraq, 2004-cü ildə direktorlar şurasına qoşulmuşdu. 2008-ci ildə şirkətin həmtəsisçisi Martin Eberhard vəzifədən uzaqlaşdırıldıqdan sonra, Mask şirkətin baş direktoru vəzifəsinə təyin olundu.
2018-ci ilin yanvar ayında Mask, şirkətin bazar dəyəri 650 milyard dollara çatdığı halda, Tesla səhmlərini 20.3 milyon dollara satın almaq imkanı əldə etdi. 2018-ci ilin mart ayında səhmdarlar bu planı təsdiq etdilər.
Tesla kapitallaşmanı 650 milyard dollara qədər artırmağı planlayır. Planın şərtlərinə görə, yaxın 10 il ərzində Mask şirkətin səhmlərini təzminat kimi alacaq. Bu, 12 tranşın köməyi baş tutacaq, onların hər biri Tesla səhmlərinin hazırkı sayının 1%-ə bərabər olacaq.
2019-cu ilin yanvar ayının məlumatların əsasən, şirkətin dəyəri 54 milyard dollar təşkil edir.
2018-ci ilin oktyabrında məlum olmuşdur ki, Mask, şirkətin 10 milyon dollar dəyərində səhmlər paketini əldə edib. O, daha 20 milyon dollarlıq səhmlər paketini almağı planlayır.
Kosmos
2005-ci ildə SpaceX Mask, Surrey Satellite Technology (SSTL) kiçik peyk provayderinin 10% -ni alıb.
“Bu SpaceX-ə dünyanın ən müvəffəqiyyətli kiçik və ucuz qiymətli kosmik tədarükçünün təsvirini yaratmaqda kömək edərək, qarşısında yeni imkanlar aça bilər”, – Mask qeyd etdi.
Surrey Satellite Technology şirkəti həvəskar radio peyklərinin yaradılması işinə başlamışdır, indi isə hava, kommunikasiya və digər məqsədlərə nəzarət üçün kiçik kosmik qurğular üzərində çalışır.
SSTL, İngiltərənin Gilford şəhərindəki Surrey Universitetinə məxsusdur. SSTL-in Mask tərəfindən satın alınmasından sonra, universitet şirkətin 84%-ni aldı. Əməkdaşlar yerdə qalan 16% -ə sahibdirlər. 1981-ci ildən etibarən 23 peyk tikilərək, istismara verilmişdir.
2008-ci ilin aprel ayında SSTL, payının əksəriyyətini (təxminən 80% -ni) EADS Astrium-a satmağı qərara aldı. 2008-ci ilin avqust ayında SSTL Birləşmiş Ştatlarda 2017-ci ildə bağlanmış bir törəmə şirkət açdı. 2017-ci ilin iyun ayında, SSTL, ABŞ-da Koloradoda peyk istehsal zavodunun bağlanacağını və bütün istehsalı İngiltərəyə geri qaytaracağını açıqladı.
Təmiz enerji
2006-cı ildə Mask, dostlarına məxsus olan SolarCity şirkətinə yatırım etdi. Qeyd etmək lazımdır ki, SolarCity günəş batareyalarının istehsalı ilə məşğuldur. Eyni zamanda, şirkət elektrik avtomobillər üçün “zaryadka” stansiyalarını da tikir. 2016-cı iləd Tesla şirkəti, SolarCity-ni 2,6 milyard dollara satın aldı.
Onlayn xidmətlər
2007-ci ilin yanvar ayında, Mask Mahalo sual və cavab onlayn xidmətinə 16 milyon dollar sərmayə yatırdı. Bu, Quora və “Vikipediya”-nın analoqudur, harada ki siz istədiyiniz sualı və ya cavabınızı yerləşdirə bilərsiniz. 2011-ci ildə şirkət öz strategiyasında dəyişiklik etdi və tövsiyə xarakterli video instruksiyalarının yaradılmasına başladı.
2011-ci ilin 1 mart tarixində xidmətin təsisçisi Jason Calacanis və prezidenti Jason Rupp, elektron poçt vasitəsilə elan etdilər ki, Google axtarış sisteminin öz alqoritmində etdiyi dəyişiklər, trafikin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı. Belə ki, rəhbərlər Mahalo işçi heyətinin 10%-ni işdən çıxarmaq məcburiyyəti qarşısında qaldılar.
2014-cü ildə xidmət öz mövcudiyyətini dayandırdı və onun yerində Inside yaradıldı.
2010-cu ildə Mask Stripe onlayn ödəmə xidmətinə 2 milyon dollar yatırdı. Xidmətə Visa və American Express da yatırımlar etmişdir. Hal-hazırda, Stripe xidmətinin dəyəri 20 milyard dollara çatır. Xatırladaq ki, 2018-ci ilin sentyabr ayında keçirilən maliyyə raundunda, xidmət 245 milyon dollar cəlb edə bilmişdir.
Genetika
2012-ci ildə İlon Mask, Halcyon Molecular şirkətinin DRT-nin “sequencing” ə sərmayə qoymuşdular. DRT-nin “sequencing” i, genetik xəstəlikləri dəqiqliklə müəyyən və müalicə etmək imkanını yaradır.
Peter Thiel və İlon Mask, ümumilikdə bu şirkətə 20 milyon dollar sərmayə yatırıblar. 2010-2011-ci illər ərzində şirkətdə SpaceX-in keçmiş əməkdaşları olan Michael Dombrowski və Paul Dombrowski kompüter mühəndisləri çalışıblar. 2012-ci ildə Halcyon Molecular şirkəti, Oxford Nanopore Technologies rəqibinə qalib gələ bilməyib bağlandı.
Süni intellekt
Mask süni intellektə güvənmir. O, 2014-cü ilin sonunda Massachusetts Texnologiya İnstitutunda AeroAstra-nın illik yüzillik simpoziumunda süni intellekti hətta “şeytanın çağırışı” ilə də müqayisə etmişdir.
Belə bir şirkətlərdən biri 2010-cu ildə təsis edilən AI Vicarious startup-dır. Mask, 2014-cü ilin yazında Vicarious-a 40 milyon dollar sərmayə qoydu.
Şirkətin qurucusu Scott Phoenix The Wall Street Journal-a bildirmişdir ki, startup-ın əsas məqsədi insan kimi düşünə bilən kompüterin yaradılmasından ibarətdir.
CNBC xəbərlərində və The Guardian müsahibəsində, Mask, süni intellekt texnologiya şirkətlərinə etdiyi sərmayələrini izah etdi:
“Bu, hər hansısa gəlir əldə etmək üçün deyil. Mən düşünürəm ki, bu texnologiyada potensial təhlükə var. “Terminator” filmini bir anlıq xatırlamaq kifayət edir. Biz çalışmalıyıq ki, nəticələr yaxşı olsun”.
İlon Mask-ın digər sərmayə qoyduğu şirkətlərdən biri də 2011-ci ildə təsis edilmiş DeepMind idi. Şirkətin məqsədi, maşın öyrənmə və neyrobiologiya sahələrini birləşdirərək, “süni intellektin problemlərini həll etmək”dən ibarətdir.
2015-ci ildə Mask, “Həyatın gələcəyi” adlı institutunun hesabına 10 milyon dollar köçürmüşdür. İnstitut süni intellektin inkişaf elətdirilməsi ilə bağlı risklərin tədqiqatına dəstək verir.
2016-cı ildə isə, o, Neuralink startup-nın əsasını qoyur. Startup-ın əsas məqsədi, kompüterin və insan beyninin imkanlarını birləşdirməkdən ibarət olmuşdur.
Texnologiyaya görə, insan beyninə kiçik ölçülü elektrodlar yerləşdiriləcək, bu da onun imkanlarının artırılmasına kömək edəcəkdir.
Təhsil
2018-ci ilin oktyabr ayında, İlon Mask, Miçiqan Flirt şəhərindəki evlər və məktəblər üçün nəzərdə tutulmuş süzgəclərə 500 min dollar sərmayə qoymuşdur. Belə ki, bu evlər su böhranı nəticəsində zərər çəkiblər – suyun tərkibində bir çox toksiki maddələr aşkar edilmişdir.
Dekabr ayında isə Mask 423 min dollar məktəblərin kompüterlərlə təmin olunmasına ayırır. Burada əsas məqsəd, orta məktəb təhsilinin təkminləşdirilməsi idi.
Eyni zamanda, o, öz məktəbini təsis etməkdə müvəffəq ola bilib. Ad Astra məktəbində SpaceX əməkdaşlarının uşaqları təhsil alırlar (İlon Maskın öz uşaqları da daxil olmaqla). 2018-ci ilin əvvəlində şagirdlərin sayı 40-a çatmışdır.