Niyə “cahillər” biznesdə müvəffəqiyyətli olurlar?!

Date:

Paylaş:

“Bir yerdə dayanmaq üçün, irəli getmək lazımdır, irəli getmək üçün isə qaçmaq lazımdır”.

90-cı illərin əvvəlindən kapitalizm dövrü başladı. İndi də kiçik və orta biznesin dövlətin iqtisadiyyatına göstərdiyi təsirə qarışı görməməzlik etmək olmaz. Əgər indiyə qədər hakimiyyət kiçik və orta biznesin dəstəklənməsi haqda danışırsa, bir sual meydana çıxır. Ölkədə heç bir dənə də olsun biznes-məktəbi olmadığı halda, insanlar sahibkarlığı harada öyrənə bilərlər?

Bir anlıq təsəvvürünüzə gətirin ki, biznesə başlamaq istəyən insanların 99%-i iflasa uğrayırlar. Artıq üçüncü və ya dördüncü biznesini quran şəxslərin 15%-i  məğlubiyyətlə üzləşirlər!

Heç kim həyatının 3 ilini biznesin qurulması ilə bağlı keçirilən eksperimentlərə xərcləmək istəməz. Belə ki, siz pulunuzu itirə bilərsiniz, sinirləri korlaya bilərsiniz və “görəsən işçilər işləyirlər, pul oğurlayırlar, yoxsa öz işini əzmkarlıqla yerinə yetirirlər” kimi düşüncələrlə yuxusuz gecələrə düçar ola bilərsiniz. Nəzərə alın ki, sahibkar demək olar ki, istirahət etmir. O, hər şeyə özü nəzarət etməlidir, hər gün 12 saat iş, istirahətsiz və məzuniyyətsiz.

O qədərdə cəlbedici görünmür, düzdürmü? Məsələ isə ondan ibarətdir ki, heç kim və heç vaxt bizə biznes qurmağı öyrətməyib.

Məktəb və universitetlərdə bizə nəyi öyrədirdilər? Demək olar ki, həyatda bizə faydalı ola biləcək heç bir şey! Bizə ailədaxili münasibətləri və kollektivdəki qarşılıqlı əlaqələrin qurulmasını öyrətməyiblər. Bunun əvəzində bizə böyüklərin sözünə qulaq asmağı öyrədirdilər, sanki onlar arasında axmaq olanı yoxdur. Məktəbdə bizi gələcək “həyata” hazır etməyə çalışırdılar. Burada biz riyaziyyat, fizika, kimya və digər fənlərdən əldə etdiyimiz bilikləri tətbiq etməli idik.

Universitetdə isə bizə gələcək peşə haqqında fundamental bilikləri verməyə çalışırdılar. Lakin, heç bir universitet və hətta MBA məktəbi belə, sizə biznesi necə qurmaq lazım olduğunu öyrətməyəcək!

Biznes qurmaq üçün, heç bir diploma ehtiyac yoxdur, çünki elə bir qayda mövcud deyildir.

Biznes sahəsindəki liderlərin təhsilinə nəzər yetirin:

  • 1972-ci ildə Steve Jobs (Apple) orta məktəbi bitirərək, Portlend şəhərindəki Rid universitetinə qəbul olur. Birinci semestrdən sonra, o, universiteti tamamilə tərk edir. Jobs-un mülkiyyəti təqribən 11 milyard dollar təşkil edirdi.
  • Facebook təsisçisi olan Mark Zuckerberg, 2004-cü ilə qədər oxuduğu Harvarddakı psixologiya fakültəsində aldığı təhsilini tamamlamayıb. Hal-hazırda, 34 yaşında olan bu biznesmenin mülki 52,5 milyard dollar təşkil edir.
  • 2007-ci ildə, Bill Gates, 34 il bundan əvvəl bitirdiyi Harvard  universitetinin diplomunu ala bilmişdir. Xatırladaq ki, o, vaxt ikən oradan qovularaq, təhsilini davam etdirə bilməmişdi. Bill Gates-in mülkiyyəti 93,9 milyard dollar dəyərində qiymətləndirilir.

Başqa kimlərin ali təhsili yoxdur:

  •  Amerikanın ən iri şirkətlərindən biri olan Oracle-ın təsisçisi Lawrence Ellison (43 milyard dollar).
  • Ingvar Kamprad – nəticədə IKEA-ya çevrilmiş müəssisənin qurucusu (41,8 milyard dollar).
  • Richard Branson – Virgin korporasiyasının təsisçisi. Hazırda korporasiyanın 350-dən çox filialı var (5 milyard dollar).
  • Ruth Handler – 2002-ci ilin 27 aprel tarixində dünyasını dəyişən Mattel Inc şirkətinin qurucusu.

Bu, ali təhsil almayan sahibkarların yalnız kiçik bir hissəsidir.

Ali təhsilin lazımsız və yarasız olduğunu demək istəmirik, sadəcə nəzərə alın ki, universitetlər sizə yalnız peşəni öyrədir. İnsanlara biznesin necə və nə cür qurulmasını öyrədilməsi üçün, universitetlərin nəzdində biznes-məktəblər təsis edilməlidir. Müəllimlər qismində isə biznes sahəsinə birbaşa aidiyyəti olan insanlar çıxış etməlidirlər. Yalnız bu halda ölkədə orta təbəqəni formalaşdırmaq mümkün olacaqdır.

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...