“Tesla” və “Space X” şirkətlərinin qurucusu İlon Mask 61 milyon dollarlıq ipoteka götürüb.
Bu barədə “Bloomberg” yazıb. Nəşrin yazdığına görə, milyarder ötən il 4 daşınmaz əmlak almaq üçün “Morgan Stanley” bankından ipoteka götürüb. Daha sonra isə 2012-ci ildə götürdüyü ipoteka kreditini yenidən maliyyələşdirib. Mask 30 il ərzində hər ay 180 min dollar ödəyəcək.
Biznesmen özü məsələyə münasibət bildirməyib.