Qabyuyandan ən varlı pakistanlıya qədər – Şahid Xanın bioqrafiyası

Date:

Paylaş:

Şahid Xanın kiçik yaşları. Özəl şirkətin qurulması

Şahid Xan 1950-ci ildə Pakistanın Lahora şəhərində anadan olmuşdur. Ailə o qədərdə imkanlı olmamışdı. Şahid Xanın atası kiçik biznes sahibkarı, anası isə riyaziyyat professoru olmuşdur. Şəhid Xandan başqa, ailədə daha 3 uşaq var idi.

16 yaşında olarkən Şəhid Xan təhsil almaq məqsədilə ABŞ-a yollanır. O, İllinoys universitetindəki mühəndislik fakültəsinə qəbul olmağı planlayırdı. Şahid Xan tələbə yoldaşları ilə birgə universitet yataqxanasında  yaşamalı idi. Lakin, vaxtından tez gəldiyindən tanımadığı bir ölkədə küçədə qalmış oldu.

Əlacsız qaldığından, o, yerli hostelə yollanır. Hər gecə üçün 3 dollar haqqını ödəməli olan Şahid Xan, işə düzəlmək məcburiyyətində qalır. Hosteldə ona qabyuyan vəzifəsində çalışmağı təklif edirlər, o, razı olur. Şahidin əmək haqqı hər saata görə 1,2 dollar təşkil edirdi. Beləliklə, bu gənc həm işləyirdi, həm də təhsil alırdı. 1971-ci ildə Şahid Xan mühəndis diplomunu alır.

Hələ tələbə olduğu müddətdə, o, avtomobil hissələrinin istehsalı üzrə fəaliyyət göstərən Flex-N-Gate şirkətində çalışmışdır. Şirkət 1956-cı ildə təsis edilmişdir və kiçik müqavilələri yerinə yetirirdi. Universitetdə təhsilini başa vurandan sonra, Şahid Xan texniki idarəçi vəzifəsinə qədər yüksəlir. Dörd ildə sonra isə artıq texniki direktor postunu tutur.

Flex-N-Gate gənc bir şirkət deyildi, onun istehsala olan yanaşması texnologiya üzrə fərqlənmirdi. Avtomobil üçün hazırlanan bamperlər, 15 ayrı-ayrı hissələrin bir-birinə birləşdirilməsi yolu ilə düzəldilirdi.

Xan, öz üzərinə texniki idarəçiliyi götürərək, istehsal prosesinə bir sıra innovativ texnologiyalar yeritməyə başladı. Lakin, bu işdə böyük nailiyyətlərə çata bilməmişdi. Belə ki, rəhbərlik hər bir şeydən razı idi və yeniliklərə əlavə xərc çəkməyə razı deyildi. Bu halda Şahid Xan müstəqil şəkildə çalışacağına dair qəti qərar qəbul etdi.

1978-ci ildə 50 min dollar dəyərində kredit götürərək və üzərinə yığdığı 13 min dolları əlavə edərək, o, Bumper Works şirkətini təsis etdi. Xan yeni texnologiyadan istifadə edərək, keyfiyyətli bamperlər istehsalına başladı. Yenilik dərhal dünyanın ən iri avto konsernlərin diqqətini çəkdi. Onlar arasında General Motors və Chrysler şirkətlərinin adını çəkmək olar.

Flex-N-Gate şirkətinin işləri, o qədərdə yaxşı getmirdi. Hər il şirkət 50 min dollara qədər itki verirdi və hər şey iflasa doğru gedirdi. Şahid Xan şirkəti satın almağı qərar verdi.

Sahibkarın biznesi gündə-günə inkişaf edərək, dünyanın ən iri konsernlərinin diqqətini çəkirdi. Gün ərzində 200 ədəd bamper istehsal olunurdu, buna baxmayaraq, tələbat qat-qat yüksək idi. General Motors Şahid Xana istehsalı daha iri bir şirkətə satmağı təklif etdi.

Xan bildirir ki, GM-un qərarı olduqca məqsədəuyğun idi. Belə ki, o, təkbaşına Flex-N-Gate-ın istehsalını tələb olunan göstəricilərə qaldırmaq gücünə malik deyildi.

Şahid Xan başa düşdü ki, iri şirkətlərlə bu qədər tez əməkdaşlığa başladığı üçün səhv buraxmış oldu. Səhvini başa düşdükdən sonra, o, müştərinin axtarışı üzrə qurulmuş yeni strategiyanı yeritdi.

ABŞ-da tələblərə cavab verən şirkəti tapmaq, o qədərdə asan iş deyil. Kömək məqsədi ilə Şahid Xan GM şirkətinə müraciət edir və Isuzu ilə əlaqələr qurur.

Yükdaşıyan maşınlar və avtobuslar istehsal edən Isuzu, Şahid Xanın şirkəti üçün ideal əməkdaş ola bilərdi. Lakin, burada müəyyən bir problem var idi. Yaponlarla danışıqlar aparmaq, heç də asan deyildi, Xan isə yapon dilini bilmirdi. Çətinliklərə baxmayaraq, Xan, çıxış yolunu çox tez tapdı. O, tərcüməçi kimi yapon aspirantların xidmətlərindən istifadə etdi və müqavilə imzalamaqda müvəffəq ola bildi.

Əldə etdiyi uğura baxmayaraq, Xan, bir yerdə dayanmırdı. O, Yaponiya üzrə özünə yeni əməkdaşları axtarmağa davam edirdi. 1984-ci ildə Flex-N-Gate şirkətinin tərəfdaşları siyahısına Tayota da daxil oldu. 80-cı illərdə şirkətin müştəriləri sırasına Mazda daxil olur. İstehsalın həcmi get-gedə daha da artırdı.

90-cı illərdə istehsal şirkətlərinin sayı artmağa başlayır və Dodge, Mitsubishi, Hummer, Ford və başqaları Şahid Xanın əsas əməkdaşlarına çevrilirlər.

İstehsaldan başqa güclü infrastrukturun yaradılmasına da ehtiyac var idi. Bu məqsədlə ehtiyat hissələrin çatdırılması üzrə xüsusi bölmə yaradılmışdır.

1999-cu ildə Flex-N-Gate Plastics təsis edilmişdir, onun fəaliyyəti plastikdən hazırlanmış komponentlərin istehsalı üzrə qurulmuşdu.

90-cı illərdə Şahid Xan öz nailiyyətlərinə görə müxtəlif mükafatlar almağa başlayır və amerikan avto konsernləri üçün əsas tədarükçüyə çevrilir.

Xanın 2000-ci illərdə biznesi

2000-ci illərdə Flex-N-Gate, aktiv şəkildə şirkətləri satın almağa başlayır. 2001-ci ildə Ventra Group, 2001-cü ildə isə Dynamit Nobel Kunststoff şirkətlərinin satın alınması ilə bağlı planlar qurulmuşdu.

Dynamit Nobel Kunststoff – MG Technologies AG-in tərkib hissələrindən biri olmaqla, Avropa üzrə avtomobil taxtalarının ən böyük istehsalçısı idi. Müqavilənin dəyəri 513 milyon dollar təşkil edirdi. Razılaşmanın bütün üstünləklərinə baxmayaraq, tərəflər bir mövqeyə gələ bilməyiblər. Belə ki, MG Technologies AG hesab edirdi ki, Flex-N-Gate şirkəti öz öhdəliklərini yerinə yetirməyib və bununla bağlı məhkəməyə müraciət edib. 2006-cı ildə məhkəmənin qərarına əsasən, Xan, öhdəsinə qoyulan təzminatı ödəyir.

Yaxşı xəbərlər də var. Həmin ildə Flex-N-Gate şirkətinin satışları 2,5 milyard dollar səviyyəsinə çatır. Bununla əlaqədar olaraq, Şahid Xan, Automotive Parts Alabama şirkətini satın alır.

2007-ci ildə isə Flex-N-Gate-in Miçiqan ştatının Milan şəhərində yerləşən Visteon şirkətini satın alması barədə məlumat yayıldı.

2009-cu ildə bamperlərin istehsalı üzərində qurulan biznes daha da genişlənir. Bu məqsədlə, Şahid Xan, Meridian Automotive Systems şirkətin isehsalının bu istiqamətini satın alır. 2012-ci ildə isə şirkət Ford-dan Sandunsky Lighting zavodunu alır.

2007-ci ildə Şahid Xan ilə ABŞ-ın Vergi xidməti (IRS ) arasında qarşıdurma başlayır. Məlum oldu ki, o, 1999-cu ildən 2003-cü ilə qədər vergi sığınacaqlarından istifadə edərək, 85 milyon dollar məbləğində vergi ödəmələrindən boyun qaçırıb.

İstintaq 2 il müddətində davam etdi. 2009-cu ildə sahibkar 68 milyon dollar məbləğində vergi ödəmələri barədə məlumat verdi. Forbes-un verdiyi məlumata görə, Xan ümumilikdə 85 milyon dollar məbləğində vergi və onun 40%-ni təşkil edən cəriməni ödəməli olub.

Bütün baş vermiş bu kimi hadisələr, Şahid Xanın və Flex-N-Gate-in nüfuzuna mənfi təsir göstərdi.

2012-ci ildə Flex-n-Gate Guardian West zavodunda qəza nəticəsində kükürd buludu yarandı. Nəticədə, 11 işçi xəstəxanaya yerləşdirilmişdir. Bu hadisədən öncə də təhlükəsizlik və gigiyena qaydalarının pozulmasına dair bir çox şikayətlər qəbul olunub. Əməyin və sağlamlığın mühafizəsi üzrə fəaliyyət göstərən Komissiya, şirkətə qarşı 57 min dollar məbləğində cərimə cəzasını tətbiq etdi.

Zavodda Konqodan gələn fransızdilli işçilər də daxil olmaqla bir neçə etnik qrup çalışırdı. Deyirdilər ki, şirkət, bilərəkdən onlar arasında mübahisələrin baş verməsinə yönəlmiş addımlar atır.

2011-ci ildə Xanın Çikaqodakı Chrome Craft zavodunun keçmiş işçiləri, 2009-cu ildə fəaliyyətini dayandırmış müəssisənin ətraf əraziləri çirkləndirdiyini iddia etməyə başladılar.

Bu hadisələrlə yanaşı Guardian West işçiləri, United Auto Workers (UAW) həmkarlar ittifaqı və Jobs With Justice (JWJ) koalisiyası vasitəsilə yerli cəmiyyətə müraciət etdilər. Cəmiyyət zavodun fəaliyyətinə dair üzə çıxmış faktlardan dəhşətə gəldi.

Bütün bunlar, nəticədə, Flex-N-Gate qərargahında mitinqin başlanmasına səbəb oldu. İştirakçılar ağır əmək şəraitə və iqtisadi haqsızlığa görə şikayətlərini bildirirdilər. Zavodun rəhbərliyi buna sərt cavab verdi.

Bu hadisədən sonra, vəziyyət dəyişmədi. İşçilər tez-tez işçi heyətinə qarşı təhdidlərin irəli sürülməsi barədə xəbər verməyə başladılar. Nəticədə, zavod yalnız cəmiyyətin deyil, artıq Federal komissiyanın diqqəti mərkəzində durmağa başladı.

2012-ci ildə Şahid Xanı bir dənə də qalmaqal gözləyirdi- bu dəfə Meksikada. Zavodların birində çalışan işçilər qərar verdilər ki, onların hüquqlarını müdafiə edə biləcək demokratik həmkarlar ittifaqına ehtiyacları var. İşçilərin iddiaları heç kimə maraqlı deyildi, onlar sadəcə işdən çıxarıldılar.

Ədaləti bərpa etməyə çalışan bu işçilər, Volkswagen şirkətindən Bratislava deklarasiyasının tətbiqini tələb etməyini tələb etməyə başladılar. Bratislava deklarasiyası 2002-ci ildə Almaniyada Meksikanın avtomobil sənayesi və Volkswagen şirkəti arasında bağlanmışdır. Deklarasiya bu sahənin işçilərinin müdafiəsinə yönəlir.

Volkswagen buna heç bir reaksiya vermədi.

Flex-N-Gate işçilərin sağlamlığını demək olar ki, düşünmürdü. Onların əmək haqları da kifayət qədər aşağı idi (həftədə 100 dollar).

2014-cü ildə Flex-N-Gate, Forbes-a görə ABŞ-ın iri şirkətləri sırasında 92 sıranı tutmuşdur. Onun satışları isə 4,5 milyard dollara çatdı.

Xanın şirkətinin istehsal etdiyi hissələri Chevrolet Impala modelindən tutmuş Lamborghini Gallardo Spyder modelinə qədər olan avtomobillərdə rast gəlmək olar. 2015-ci ildə satışların 91%-i Şimali Amerikanın payına düşür və şirkət xaricdə inkişafını davam etdirir.

2016-cı ildə məlum oldu ki, Şahid Xan, biznesini digər sahələr üzrə genişləndirməyi planlayır. Sahibkar Four Seasons Toronto otelini alacağına dair qərar verdi. Alış-verişin qityməti 172 milyon dollar təşkil etmişdir. Buna baxmayaraq, otel hələ də Four Seasons Hotels and Resorts əməkdaşları tərəfindən idarə olunur.

Eyni zamanda, Xan Bio-Alternatives şirkətin sahibidir hansı ki biodizel yanacağından istifadə ideyasının təşviqi ilə məşğul olur. Sahibkarın sahib olduğu şirkətlərə Smart Structures da daxildir.

İdman, xeyriyyə və Xanın digər maraqları

İndiyə kimi əsas biznesi üzərində fokuslanmış Şahid Xan, 2011-ci ildə idman bazarına çıxır. Onun əldə etdiyi ilk şey, Jacksonville Jaguars futbol komandası olmuşdur. Klub 1995-ci ildə təsis edilmişdir və hələ də xüsusi nailiyyətlər edə bilməmişdi.

Bununla kifayətlənməyən Şahid Xan, 2013-cü ildə İngiltərənin “Fulham” klubunu alır. Müqavilə  sahibkara 200 milyon funta başa gəldi.

Jacksonville Jaguars klubuna sahib olandan sonra, Şahid Xan Jaguars Foundation fondunun köməyi ilə xeyriyyə ilə məşğul olmağa başlayır. 2012-2014-cü illər arasındakı müddətdə, o, fonda 5 milyon dollar, 2015-ci ildə isə yerli qeyri-kommersiya təşkilatlarına 2,1 milyon dollar bağışlamışdır.

Hər il Şahid Xan idman matçlarına 11 min bilet bağışlayır, bu isə təxminən 500 min dollara başa gəlir.

Bundan əlavə olaraq, Şahid Xan öz həyat yoldaşı ilə birgə İllinoys universitetinə də yardımlar edir. Onların köməyi ilə Khan Outdoor Tennis Complex tikilmişdi və kitabxana böyüdülmüşdür.

2007-ci ildə Xan tibbi elmlərin inkişafına yönəlmiş Khan Foundation fondunu işə salır. Fondun rəhbəri isə onun həyat yoldaşı olur.

Xanın iki övladı var – oğlu Toni və qızı Şanna. Toni atasının biznesi ilə məşğul olur. O, Jaguars-da futbol texnologiyalar və analitika üzrə viçe-prezident postunu tutur. Eyni zamanda, Toni, Bio-Alternatives və Smart Structures şirkətlərinə rəhbərlik edir.

Şanna xeyriyyə ilə məşğul olur və konqresin nümayəndəsinin köməkçisi vəzifəsində çalışır.

Şahid Xan dünya üzrə ən varlı pakistanlıdır. Pakistanda onu çox sevirlər və bioqrafiyasında baş vermiş hadisələr barədə danışırlar.

Şahid Xanın ən məşhur sitatı belə səslənir: “Ya həyat, ya macəra, yada heç nə”.   O, öz gücünü, cəsarətini vaxtı ilə sübut edə bilmişdir. Baxmayaraq ki, onun ideyasına heç kim inanmırdı.

Eyni zamanda, sahibkar çalışqanlıq haqqında da danışır.

Daşınmaz əmlakdan əlavə, Şahid Xan Kismet 2 yaxtanın və üç təyyarənin sahibidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...