Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri İlk yarımildə İntel-in gəliri 14 % azalıb

İlk yarımildə İntel-in gəliri 14 % azalıb

89
Paylaş

Amerikanın komputer komponentləri istehsal edən ən iri şirkətlərindən biri olan  İntel-in xalis gəliri ilk yarımildə 14% azalaraq 8,153 milyard dollar olub.

Səhmdən mənfəət 2018-ci ilin birinci yarısındakı 1,98 dollar göstərici qarşılğında 1,79 dollar olub. Gəlir  1,4% azalıb və 32,566 milyard dollar olub.

Ikinci rübdə mənfəət 16% azalıb və 4,179 milyard dollar olub. Hər səhmə görə mənfəət keçən ilin 1,05 dollarlıq göstəricisi qarşılığında 0,92 dollar təşkil edib. Gəlir 2,7% azalaraq 16,505 milyard dollar olub.

Intel 2019-cu ilə gəlir proqnozunu yaxşıya doğru dəyişib. Belə ki, o apreldəki 69 milyard dollar göstəricidən sonra 69,5 milyard dollar olub. Üçüncü rübdə gəlir təxminən 18 milyard dollar olacaq və bu, bazar gözləntilərindən (17,72 milyard dollar) yüksəkdir. Üçüncü rübdə səhmə görə mənfəət 1,16 dollar, 2019-cu ildə 4,1 dollar olacaq.