“İlin dünya avtomobili” müsabiqəsinin qalibi məlum olub

Date:

Paylaş:

Nyu Yorkda «Ilin dünya avtomobili» müsabiqəsinin qalibi elan edilib. Müsabiqənin qalibi Jaguar markasının ilk elektrokarı olan I-Pace krossoveri olub. Jaguar Land Rover qrupunun tarixində bu ikinci belə mükafatdır. Xatırladaq ki, iki bundan öncə Jaguar F-Pace dünyanın ən yaxşı avtomobili seçilmişdi.

İlkin olaraq, «İlin dünya avtomobili» namizədləri siyahısına 40 model daxil edilmişdi. Üç finalçıdan ibarət olan qısa siyahı Cenevrə avtosalonunda elan olunmuşdu. Bu siyahıya Audi e-tron, Jaguar I-Pace və Volvo S60/V60 daxil idi. Qalibi tərkibinə 24 ölkədən olan 86 jurnalist seçib.

 
 

Nyu York avtosalonunda  həmçinin beş kateqoriya üzrə qalibləri də seçiblər. Ən yaxşı nümayəndəlik avtomobili nominasıyasında Audi A7 Sportback, ən yaxşı sportkar – McLaren 720S, şəhər üçün ən yaxşı avtomobil – Suzuki Jimny, ən ekoloji avtomobil isə Jaguar I-Pace qalib olub. Britaniya markasının krossoveri ən yaxşı dizayna görə də mükafat alıb.

Keçən il bu müsabiqənin qalibi Volvo XC60, 2017-ci ildə – Jaguar F-Pace, 2016-cı ildə isə Mazda MX-5 modeli olub. Xatırladaq ki, bu il Cenevrə avtosalonunun çərçivəsində keçirilmiş «Avropada ilin avtomobili» müsabiqəsinin qalibi də Jaguar I-Pace olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...