İki məhşur balıq şirkəti vahid ad altında birləşib

Date:

Paylaş:

“Varvara balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 27 yanvar 2020-ci il saat 11.00-da Yevlax rayonu, Varvara kəndində yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir:

Bizplus.az xəbər verir ki, ümumi yığıncağın gündəliyində “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması; “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması ilə bağlı qoşulmanın dövlət qeydiyyatına alındığı tarixdən “Varvara balıq” ASC-nin fəaliyyətinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələrinin “Az Varvara” MMC-yə keçməsi; Qoşulma barədə mətbuatda elanın dərc edilməsi və “Varvara balıq” ASC-nin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizənin müvafiq orqana göndərilməsi; “Varvara balıq” ASC-nin hüquq və vəzifələrinin “Az Varvara” MMC-yə verilməsinə dair təhvil aktının təsdiqi və digər məsələlər daxildir.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Yevlax rayonu, Varvara kəndində yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...