Əsas səhifə Biznes sahələri Avtomobil «Sirena Motors» avtomobil satışını dayandırıb

«Sirena Motors» avtomobil satışını dayandırıb

92
Paylaş

Azərbaycanda Çin avtomobillərinin satışını həyata keçirən “Sirena Motors” fəaliyyətini dayandırıb.

“Sirena Motors” dan əldə edilən məlumata görə, bu ilin yayından etibarən salona maşın gətirilməyib. Həmçinin, həmin dövrdən satışlar da dayandırılıb. Verilən məlumata görə, avtomobillər Yeni İldən sonra gətiriləcək.

Bununla yanaşı, bildirək ki, bir neçə ay əvvəl şirkətdən avtomobillərin sentyabr ayında gətiriləcəyi bildirilmişdi.

Qeyd edək ki, “Sirena Motors” ölkəmizdə Çinin «Changan», «Baic», «Gac», «Jac» və «Chana» avtomobillərinin rəsmi satış təmsilçisidir.