Əsas səhifə Xəbərlər Xarici xəbərlər İki gündə Cybertruck pikapına 146 min sifariş gəlib

İki gündə Cybertruck pikapına 146 min sifariş gəlib

78
Paylaş

Tesla-nın rəhbəri Elon Musk öz Twitter hesabında yazıb ki, şirkət yeni elektrik Cybertruck avtomobilinə iki gün ərzində 146 min sifariş qəbul edib. Potensial alıcılar bron üçün öncədən 100 dollar ödəməli olublar. 146 min sifarişə görə bu məbləğ 14,6 mln. dollar edir.

Qeyd edək ki, sifarişlərin geri qaytarılması da mümkündür.

Musk-un sözlərinə görə sifarişçilərin 41%-i üçmotorlu komplektasiyası olan modeli, 42%-i ikimotorlu olanını, 17%-i isə təkmotorlu variantda olanı sifariş ediblər.

CNBC buna münasibət bildirərək deyib ki, 100 dollar Tesla üçün öncədən sifarişə görə böyük məbləğ deyil.