Intel prosessor bazarındakı tələbatı qarşılaya bilmir

Date:

Paylaş:

Intel şirkəti illərlə prosessor bazarında rəqibsiz olaraq mövcud olub. Ryzen prosessorlar və Zen arxitekturası ilə AMD rəqabəti artırması İntel üçün heç də yaxşı olmadı. Son aylarda isə şirkətin başı stok problemləri ilə bəladadı. Hər nə qədər istehsal üçün yeni zavodlar açılsa da bazarda olan tələbatı tam şəkildə ödəyə bilmir. Nəhəng şirkət bu stok problemləri ilə bağlı partnyor şirkətlərə və sifarişçilərə e-mail göndərərək üzr istədi. Açıqlanan planlara görə stok problemləri 2020-nin əvvəllərinə qədər davam edəcək, sonra isə şirkət əvvəlki qaydasında satışları bərpa edə biləcək. İntel şirkəti həm 14 nm, həm 10 nm çip istehsalını artıraraq həm də TSMC kimi yarımkeçirici istehsalçılarından da kömək alıb.

Digər istehsalçılardan yardım alaraq 2 qat daha çox prosessor istehsal edən İntel yenə də bazardakı artan tələbləri tam qarşılaya bilmir. Bu hər nə qədər xoş xəbər sayılsa da, mənfi cəhəti ondadır ki, İntel prosessor ilə təmin olunmayan alıcılar alternativ şirkətlərə yönəlirlər. Keçən günlərdə ASUS şirkətinin rəsmiləri verdikləri reportajda gələn ildən etibarən bazara daha çox AMD prosessorlu cihazlar buraxılacağını vurğulamışdılar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...