İki azərbaycanlı arvadı olan şeyxin nağıl kimi həyatı

Date:

Paylaş:

Ötən həftə azərbaycanlı bədii gimnastın, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlının Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktumla evlənməsi ölkə mətbuatının gündəminə bomba kimi düşdü. Hər kəsi düşündürən sual 16 milyard sərvəti olan Şeyx Səid Əl Məktumun kim olmasıdır.

Atası əmir olub

Şeyx Səid Əl Məktum 1976-cı ilin oktyabr ayının 1-də Dubayda anadan olub. O 1830-cu ildən Dubay əmirliyini idarə edən Əl Məktum nəslinin nümayəndələrindən biri sayılır. Səidin atası Maktum ibn Rəşid Əl Maktum 1990-2006-cı illərdə Dubayın əmiri olub. Avstraliyaya səfəri zamanı vəfat edir. Onun vəfatı ilə bağlı ölkədə 40 gün yas elan edildi. Maktum ibn Rəşid Əl Maktumun vəfatından sonra hakimiyyətə əmisi Məhəmməd ibn Rəşid gəlir. Atasından 16 milyard dollar sərvət qalan Səid Əl Məktum isə idman sahəsinə üz tutur. O, 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Səid Əl Məktumun “Əl-Şabab” adlı şəxsi futbol klubu, beynəlxalq dərəcəli at yarışlarında iştirak etmək üçün nəzərdə tutulan qaçış atları kolleksiyası var. Ümumiyyətlə Əl Məktumlar dünyanın ən bahalı atlarına sahibdirlər.

5 dəfə görüşür elçi gedir

Şeyx Səid Əl Məktum üç dəfə evlənib. Onun birinci həyat yoldaşı özü kimi ərəb əsilli – Suhailadır. İkinci həyat yoldaşı isə Azərbaycan əsilli Nataşa Əliyevadır. O, Miniskin hotellərindən birində ofisant işlədiyi zaman şeyxlə tanış olub. Səid Əl Məktum o zaman atıcılıq yarışında iştirak etmək üçün Minskə səfər etmişdi. Hoteldə özünə portağal suyu sifariş verən şeyx ofisant qıza aşiq olur. Qeyd edək ki, Belarus Dövlət İdman universitetinin tələbəsi olan bu qız – Nataşa Əliyeva xərcliyini çıxarmaq üçün hoteldə yeni işə başlayıbmış. Bu zaman Nataşanın 19, şeyxin isə 31 yaşı var idi.

Səid Əl Məktum qızla söhbətdən sonra onun islam dininə münasibətinin normal olduğunu görür. Cəmi 5 görüşdən sonra evlilik təklif edir. Nataşanın atası –Müslüm Əliyev azərbaycanlı olduğundan şeyx adət-ənənəyə uyğun şəkildə onlara elçi gedir. Yeri gəlmişkən, elçiliyi özü edir. 20 nəfərlə elçiliyə gedir. Nataşanın anası Qalina birinci elçilikdə tərəddüd edir. Bu zaman Səid Əl Məktum artıq ayrı ailəsi olan qızın atasının qapısını döyməli olur. M.Əliyevə qızı ilə 5 dəfə görüşdüyünü və onu bəyəndiyini söyləyir. Müslüm Əliyev şeyxin istəyini geri çevirmir. Nataşa islamı qəbul edərək adını dəyişib Ayişə edir. 2007-ci ilin avqustunda onların toyu olur.

Nəzərə çatdıraq ki, şəhzadənin Nataşa ilə evliliyi uzun müddət Rusiya mətbuatının dilində dastan olur. Bu böyük məhəbbətdən sonra ərəb şeyxinin evlənməyəcəyini düşünürsünüzsə, yanılırsınız.

Səid Əl Məktum 3-cü dəfə də evlənir. Onun həyat yoldaşı yenə azərbaycanlı olur. Bu gimnastımız Zeynəb Cavadlıdır. Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olub, əslən naxçıvanlıdır. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış edib. Lakin 2012-ci ildə aldığı zədə üzündən idmançı fəaliyyətini yekunlaşdıraraq, məşqçi karyerasına başlayıb. Bir zamanlar Türkiyənin “İstanbul Genclik Spor Kulübü”, “Anabilim Jimnastik Kulübü” ilə çalışıb, 2013-cü ildən etibarən isə özünün gimnastika üzrə məktəbini açmışdı.

Onu da qeyd edək ki, şeyxin 2 evlilikdən 9 övladı var.

Şeyx Səid Əl Məktumun sərvəti

Şeyxin sərvətinin həcmi 16 milyard dollar dəyərləndirilir. Nəzərə çatdıraq ki, Maktumlar dünyanın ən varlı monarxlarından sayılırlar. Əl Məktumların Əl Nəhyanlar kimi kökləri ərəb klanı Al Fələziyə dayanır. Sonuncular 18-ci əsrin ortalarından Birləşmiş Ərəb Əmirliklərində dominantdırlar. 1833-cü ildə Əl-Abu-Falaxa klanı Əl-Məktumu nəslinin rəhbərliyi Dubaya yerləşirlər. Burada müstəqil əmirlik yaradırlar. BƏƏ-nin digər əmirliklərindən fərqli olaraq, burada hakimiyyət atadan varisə çox əmin-amanlıqla keçirdi. Ərəb məbələrinə görə, Şeyx Səid Əl Məktumun həyat yoldaşlarının hər biri ayrı-ayrı malikanələrdə yaşayırlar. Aişənin Belarus mətbuatına açıqlamasına görə, şeyxin bir neçə həyat yoldaşının olması problem yaratmır:

“Düzdür, ilk vaxtlar çətin idi. Çünki evdə iki qadın var, bir kişi. Amma biz yaxşı yola gedirik. Bayramlarda bir-birimizə hədiyyələr göndəririk”.

©publika

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...