Polo brendinin uğur tarixçəsi

Date:

Paylaş:

Bu gün Ralph Lauren-in adı cəmiyyətin əksər nümayəndələri arasında bahalı geyim və parfumeriya ilə xarakterizə edilir. Bu isə təbii haldır, belə ki, məhz bu şəxs məşhur amerikalı dizaynerdir. Onun təkrarolunmaz və özünəməxsus tərzi dünyanın bütün ölkələrində tanınır və rəğbətlə qarşılanır.

Ralph Lauren-in şirkəti bir çox digər şirkətlərdən fərqli olaraq şəxsi istehsalata sahib deyil. 350 tekstil fabriki məşhur dizaynerin eskizləri əsasında brendin geyimlərinin tikişi ilə məşğul olur.

Hazırda Ralph Lauren kolleksiyası yalnızca geyimdən deyil, aksessuarlardan da ibarətdir.

Ralph Lauren-in bioqrafiyası və biznesinin inkişafı:

XX əsrin əvvəllərində Belorusiyadan Nyu-Yorka köçmüş yəhudi ailəsində bir oğlan dünyaya gəlir. Onun adı Ralph Livşiç idi. Bu soyad o zamanlar yəhudilər arasında kifayət qədər geniş yayılmışdı. Ailə Ralph-dan başqa daha 3 övlada da sahib idilər. 6 nəfərdən ibarət yoxsul yəhudi ailəsi 1 otaqlı mənzildə qərarlaşmışdı. Ailədə yalnızca ata işləyirdi və o binaların rənglənməsi ilə məşğul olurdu.  Ralph dünya idmanında zirvələri fəth etmək istəyən uşaqlardan idi. Lakin daha sonradan o idman haqqında olan fikirlərini dəyişir. Artıq o məşhur aktyor olmağı arzulayırdı. Bu arzu da öz növbəsində onun uşaqlığında arzu olaraq qaldı.

Günlərin bir günü Ralph sinif yoldaşının evinə qonaq gedir. Bu zaman o burada geyim, ayaqqabı, aksessuar üçün xüsusi yerlərə sahib qarderobu gördükdə çox heyrətlənmişdi. Çünki onun evində bütün geyimlər yeganə kiçik bir şkafda yerləşdirilmişdi. Onun özü isə hər zaman böyük qardaşlarının paltarlarını geyərdi və bu ana qədər onun ailəsində heç kəs düşünməmişdi hər kəsin özünün şəxsi qarderobu ola bilər. Bu andan etibarən Ralph hər şeyi dəyişmək qərarına gəlir və özünə geyim ala bilmək üçün işə düzəlir. Artıq 12 yaşında o özünə ilk kostyumunu alır.

Livşiç ailəsi məşhur dizayner Calvin Klein ilə qonşuluqda yaşayırdılar. Ralph böyük qardaşlarından ona qalmış geyimləri məhz Calvin Klein ilə yenidən düzəldirdi.

Ralph 16 yaşı olduqda (1955) soyadını dəyişmək qərarına gəlir. Buna əsas səbəb isə həmyaşıdlarının onun qeyri-amerikan soyadına lağ etmələri idi. Beləliklə o, Belorussiyadan Kaliforniyaya gəlmiş qohumlarına nümunə olaraq Laurens soyadını götürür.

O məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 1964-cü ildə Manhetten kollecinə qəbul olur və burada “İqtisadiyyat və biznes” ixtisası üzrə təhsil almağa başlayır.

Ralph üçüncü kursda olduqda kollecdəki təhsilini yarıda qoyur. Pul qazanmaq və keçinmək üçün «Brooks Brothers» adlı geyim mağazasında işə düzəlir. Daha sonradan isə «Rivetz&Co» şirkətində qalstukların dizayneri olaraq işləməyə başlayır. Ralph Frensis Skott Ficcerald tərəfindən yazılan “The Great Gatsby” romanını oxuduqdan sonra rəhbərliyə geniş ipək qalstuk yaratmağı təklif edir. Lakin heç kəs bu ideyanı dəstəkləmir və nəticədə o «Rivetz&Co» şirkətindən ayrılır.

Artıq o sərbəst şəkildə pul qazanmalı idi. Bu zaman Ralph parça artıqlarını alaraq onlardan qalstuk düzəldərək satırdı. Onun yaratdığı bu aksessuara tələbat günü-gündən artırdı. «Bloomingdale’s» və «Neiman Marcus» kimi məşhur kişi geyimləri satan mağazalar ilk olaraq Laurenin qalstuklarını satış üçün əldə etmişdi. Daha sonradan onun ideyasına təqribən 50 000 ABŞ dolları sərmayə yatırılır. Yeni başlayan modelyerə bu kömək əlini o dövrdə Nyu-Yorkun məşhur biznesmeni olan Homan Hilton uzatmışdı. Ralph ona ayrılan bu pulu əldə etdikdən sonra «POLO Fashion» ticarət nişanını qeydiyyatdan keçirir və mağazasını açır. Ticarət nişanının simvolu isə polo oyunçusu olur. Ralph-ın özünün heç bir zaman polo oynamamasına baxmayaraq, onun üçün bu ən aristokrat, ən dəbdəbəli və möhtəşəm idman növü idi. Bir faktı da qeyd edək ki, bu zaman Ralph-ın böyük qardaşı ona işlərində kömək edirdi.

Artıq 60-cı illərdə Ralph kişi qalstuklarının istehsalında təyin edilmiş stereotipləri qıra bilmişdi. İnsanlar modelyerin qeyri-adi məhsullarını almağa başlayırdılar. O dəbli qalstukların satışından əldə edilən gəlirləri «Polo Ralph Lauren» kişi geyimləri kolleksiyasına yatırım edir. Bu kolleksiya nəinki gənc, hətta nisbətən yaşlı nəsil arasında da böyük rəğbətlə qarşılanır. 20-ci əsrin 60-cı illərinin sonunda ABŞ-da əksər kişilərin “Polo” loqotipli köynək geymələrinin şahidi olmaq mümkün idi.

Ralph Lauren bu kolleksiyadan əldə edilən gəlirləri Nyu-Yorkun mərkəzində «Bloomingdale’s» univermağında şəxsi şəkildə kişi geyimləri istehsal etmək üçün böyük bölmənin yaradılmasına yatırır.

“Polo Fashion” şirkətinin növbəti inkişafı üçün əlavə investisiyalar tələb olunurdu və o bu məqsədə ən uyğun sponsoru tapır. Bu biznesmen Peter Smith idi. O öz kapital yatırımına təzminat qismində “Polo Fashion” şirkətinin rəhbəri vəzifəsini əldə edir. Bu əməkdaşlıqdan yeni formada kişi köynəkləri, həmçinin «Ralph Lauren Womens wear» – qadın geyimləri kolleksiyası yaradılır. Bu kolleksiyanın əsas hədəfi isə ağ idman köynəkləri idi və bu zərif cinsin nümayəndələrini özünə cəlb edə bilir. Nəticədə şəhərin ən prestijli qəsəbəsi olan Beverli Hils-də qadın geyimlərindən ibarət butik açılır.

Amerikalı modelyer 70-ci illərin ortalarında «Paramount Studios»-dan rəddedilməz təklif alır. Bu zaman Ralph-dan “The Great Gatsby” filminin çəkilişləri üçün geyim kolleksiyası yaratması tələb olunur. Dahi modelyer qarşısına qoyulan tapşırığın öhdəsindən uğurla gəlir, axı bu romanın tarixçəsi ona doğma idi…

Ralph film üçün geyim kolleksiyasının yaradılması ilə yanaşı «CHAPS by Ralph» idman geyimləri və «Ralf» qadın eynəklərinin yaradılması ilə də məşğul idi.

Bir faktı qeyd edək ki, POLO markası yaradılana qədər bazarda iştirak edən heç bir şirkət idman kolleksiyasının yaradılması ilə demək olar ki, maraqlanmırdı. Beləliklə, Ralph Lauren daha sonradan yaratdığı digər kolleksiyalar ilə bu bazara həyat qazandırmışdı.

Lauren-in şirkətinin sahib olduğu ticarət nişanları sırasına Ralph Lauren, Rugby, RL Childrenswear, Polo Jeans Co., RRL, RLX, Club Monaco, Chaps, Blue Label, Purple Label, Lauren, Ralph Lauren Home və s. kimi brendlər daxildir.

Modelyerin iştirakı ilə yaradılan bütün məhsullar ailə və ev üçün nəzərdə tutulub. O nəinki istedadlı modelyer, həmçinin bacarıqlı biznesmendir.

©banker

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...