Əsas səhifə Biznes Milyarder İKEA-nın qurucusu vəfat etdi

İKEA-nın qurucusu vəfat etdi

565
Paylaş

Mebel nəhəngi IKEA-nın banisi, 58,7 milyard dollarlıq sərvəti ilə dünyanın 8-ci varlı insanı olan İngvar Kamprad 91 yaşında vəfat edib. 

20-ci əsrin ən böyük sahibkarlarından biri olan Kampradın İsveçin Smaland bölgəsindəki evində Şənbə günü həyata gözlərini yumduğu qeyd olunub.

1926-ci ildə anadan olmuş İngvar Kamprad,1943-ci ildə ilk IKEA mebel mağazasını açmışdı. İKEA-nın dünyanın dörd bir tərəfində yüzlərlə mebel mağazası fəaliyyət göstərir.